Microsoft Apple şirkətinin məşhur iPad-i ilə mübarizə aparmaq üçün ilk mini kompyuterini açıqlayıb.


ABŞ-ın texnologiya nəhəngi Surface adlı kompyuterini bu gün Los Angeles şəhərində keçirilən tədbirdə təqdim edib.

Yeni cihaz Microsoft-un Windows RT sistemi ilə çalışacaq və hissiyyatlı klaviaturası olan mühafizə cildinə birləşdirilə biləcək.


Bu mini kompyuterin sentyabr və ya oktyabr ayında satışa çıxarılacağı ehtimal olunur.

Softveyr nəhəngi Microsoft-un Surface ilə kompyuter bazarında rəqibi Apple şirkəti ilə birbaşa mübarizəyə girməsi onun yeni kurs götürməsindən xəbər verir.