Accessibility links

Microsoft Rusiya hakerlərinin yeni kiberhücumu barədə məlumat yayıb


Rusiya dövləti tərəfindən dəstəklənən və SolarWinds şirkətinə hücum edən haker qrupunun bu həftə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bir email xidmətindən istifadə edərək ABŞ və xarici dövlət qurumlarına, düşüncə mərkəzlərinə məqsədli şəkildə hücmlar edib.

Bu barədə Microsoft şirkəti məlumat verib.

Microsoft-un vitse-prezidenti Tom Burt cümə axşamı blog yazısında beynəlxalq inkişaf, humanitar və insan hüquqları işləri ilə məşğul olan 150-dən çox fərqli təşkilatın 3000-dən çox emailin hədəf alındığını bildirib.
Lakin o müdaxilə cəhdlərinin neçəsinin uğurulu olduğu barədə məlumat verməyib.

Kiber təhlükəsizlik firması Volexity isə ehtimal edir ki, hücumları edən hakerlər "hədəflərə sızmaqda çox az sayda müvəffəqiyyətə" nail ola biliblər.

Burt hücmların Rusiya hakerlərinin "kəşfiyyat toplama səylərinin bir hissəsi olaraq xarici siyasətdə iştirak edən dövlət qurumlarını hədəf alması" istiqamətindəki çoxsaylı səylərinin davamı kimi göründüyünü bildirib. O, hədəflərin ən azı 24 ölkəni əhatə etdiyini deyib.

Microsoft hakerlərin Constant Contact e-poçt marketinq xidməti vasitəsi ilə USAID-in hesabına giriş əldə etdiklərini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG