Accessibility links

Müttəfiqlər Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirir


ABŞ Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Patrik Rayderin bildirdiyinə görə, ABŞ-ın "F-16"lardan ibarət eskadrilyası artıq Yaxın Şərqdədir. Pentaqon onların dəqiq harada yerləşdiriləcəyini açıqlamayıb.

Rayderin sözlərinə görə, transfer ABŞ-ın Yaxın Şərqdəki maraqlarına qarşı təhdidlərin nəzərəçarpacaq dərəcədə artması fonunda həyata keçirilib.

Pentaqonun sözçüsü xatırladıb ki, son vaxtlar İraq və Suriyada ABŞ obyektlərinə və hərbi personalına azı 13 hücum olub. O, ABŞ-ın regiondakı qüvvələrini və maraqlarını qorumaq üçün lazım gələrsə, qəti addımlar atmaqdan çəkinməyəcəyini deyib.

Bundan əlavə, The Wall Street Journal İsrailin Qəzza zolağında qurudan əməliyyatı ərəfəsində ABŞ-ın Yaxın Şərqdə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcəyini yazıb.

Oktyabrın 22-də Pentaqon rəhbəri Lloyd Ostin regionda raketdən müdafiə "THAAD" və əlavə "Patriot" zenit-raket kompleksləri üçün əlavə batalyonların yerləşdirilməsinə göstəriş verdiyini bildirib. O, bu silahların hansı ölkələrdə yerləşdiriləcəyini dəqiqləşdirməyib.

Demək olar ki, eyni vaxtda Avstraliyanın da bölgədə vətəndaşlarına qarşı artan narahatlılar fonunda və vəziyyətin daha da pisləşəcəyi təqdirdə Yaxın Şərqə öz qoşunlarını və hərbi təyyarələrini göndərdiyi məlum olub.

Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, artıq Yaxın Şərqdə olan "KC-30" hava tankerini tamamlamaq üçün iki "C-130J Super Hercules" və "C-17A Globemaster" ağır nəqliyyat təyyarəsi göndərilir.

Forum

XS
SM
MD
LG