Accessibility links

Milanda irqçilik əleyhinə nümayiş keçirilir


İtaliyanın maliyyə paytaxtında on minlərlə insan populist hökümətin siyasətinin əleyhinə yürüş təşkil edib. Onlar hökümətin irqçiliyi təbliğ etdiyini iddia edir.

Milan şəhərinin miqrasiya siyasətindən məsul rəsmisi Pyerfrançesko Macorino nümayişdə 200 min yürüşçünün iştirak etdiyini bildirib.

O, Twitter hesabında daxili işlər naziri ikən Liviyadan qaçan miqrantları xilas edən humanitar gəmilərin İtaliyaya gəlməsinin qarşısını alan Liqa lideri Matteo Salviniyə istinadən “Bizi say, Salvini”yazıb.

Duomo kafedralının önündə bitən nümayişdə festival ab-havası olub, mahnılar səsləndirilib, nəfəs alətləri çalınıb.

CGIL əmək konfederasiyasının başçısı Maurizio Landini deyib ki, İtaliya höküməti “yanlış siyasət yürüdür və bərabərsizliyə qarşı mübarizə aparmır”.

XS
SM
MD
LG