Accessibility links

Militantlar Əfqanıstan sərhədindən atəş açaraq 4 pakistanlı əsgəri öldürüb


Pakistan ordusunun əsgəri
Pakistan ordusunun əsgəri

Pakistan şənbə günü bildirib ki, Əfqanıstan ərazisindən terrorçuların iki mövqeyə atəş açması nəticəsində dörd əsgəri öldürülüb, bir digəri yaralanıb.

Hücumların ən tələfatlısı ucqar Dir rayonunda baş verib. Orada sərhəd hasarı inşa edən Pakistan qoşunlarına hücum edilib, üç nəfər ölüb, biri yaralanıb.

Ordu mediası digər əsgərin Əfqanıstan tərəfindən “canilər” cümə günü Şimali Vəziristan rayonunda sərhəd patrul komandasına pusqu qurması nəticəsində öldürüldüyünü bildirib. Onlar atışma nəticəsində hücumçuların ikisinin də öldürüldüyünü əlavə edib.

Pakistanda Əfqanıstanla sərhəddə 2600 kilometrlik sərhədində hasar inşa edən pakistanlı qoşunlara sərhəd-arası militant hücumları tez-tez olur. Sərhəd

İslamabad hasar inşasına iki il əvvəl terrorçuların hər iki istiqamətdə ölkələrə keçmələrinə imkan yaradan yüzlərlə qeyri-rəsmi keçirdləri bağlamaq məqsədilə başlayıb.

Ordu rəsmiləri nəhəng sərhəd layihəsinin gələn il başa çatacağını gözləyir.

Pakistan Təhrik-i-Taliban Pakistana (TTP) bağlı dövlət əleyhinə militantların Pakistanın təhlükəsizlik xidmətinin apardığı əməliyyatlardan qaçıb Əfqanıstanın “nəzarətsiz” sərhəd ərazilərində gizlənməsindən şikayətlənib.

Birləşmiş Ştatlar bu həftənin əvvəli TTP-nin başçısı Qari Vəli Nur Məsudu Pakistana qaşrı ölümcül hücumlara göstəriş verdiyinə görə qlobal terrorçu kimi müəyyən edib.

Məsudun harada olduğu bilinmir, lakin onun sələfi Molla Fəzlullah Əfqanıstanın bir neçə digər TTP kommandiri ilə birlikdə sərqi sərhəd bölgəsində Amerikanın dron hücumu nəticəsində öldürülüb.

Kabildəki rəsmilər isə iddia edir ki, Əfqanıstan Talibanının liderləri və döyüşçüləri Pakistan torpağında sığınacaqlardan istifadə edərək yerli və beynəlxalq qüvvələrə qarşı qiyamçı hücumları edirlər.

XS
SM
MD
LG