Accessibility links

Militantlar Əfqanıstan paytaxtında otelə hücum edib


Əfqanıstan rəsmiləri deyir ki, şənbə günü militantlar Kabildəki lüks bir hotelə hücum edib.

Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Danişin sözlərinə görə, naməlum silahlı şəxslərdən ibarət bir qrup paytaxt şəhərdə yerləşən Intercontinental Hotel-də reyd keçirib. Əfqan qüvvələri isə hadisə yerində hücuma müdaxilə edir.

Şahidlər binanın daxilində silah səsləri eşitdiklərini deyib.

Yerli media hücumcular arasında intiharcı bombaların olduğunu və bəzi insanların girov alındığını bildirir.

Silahlı şəxslər qonaqlarına atəş açıb və şahidlər Əfqanıstan televiziya kanallarına bir neçə nəfərin öldüyünü bildirib.

Lakin rəsmilər bu mlumatları təsdiq edə bilməyib və onların hələ ki məlumat topladıqlarını deyib.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Intercontinental oteldə 2011-ci ildə də hücum həyata keçirilib və nəticədə azı 20nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG