Accessibility links

DSX-nin hərbçiləri saxlanılıb 


Narkotik
Narkotik

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

Bu barədə iyulun 22-də qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 4 bağlama aşkar olunub.

"Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.

Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib"- məlumatda bildirilir.

Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitə müəyyənləşdirilib.

Məlumata görə, cinayətin təşlikatçısı olan Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.

Hadisənin digər iştirakçıların müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG