Accessibility links

Millət vəkili: İran Azərbaycanı mədənlərinin gəliri başqa bölgələrdə xərclənir


Hüseyn Hatəmi, deputat

Şərqi Azərbaycan vilayətinin Kəleybər və Xudafərin şəhərlərinin millət vəkili Hüseyn Hatəmi bəzi iqtisadi islahatlarla əlaqədar İranın iqtisadiyyat və maliyyə nazirinə sual ünvanlayıb.

Yarı-rəmi Mehr agentliyinin xəbərinə görə, deputat bazar günü İran Parlamentindəki nitqində deyib ki, “ölkənin iqtisadi strukturunda qabiliyyətsiz və aidiyyəti olmayan şəxslərə vəzifə verilir". "Görünən o ki, fond birjasının nizamsız strukturu və rialın nəzarətsız devalvasiyası ilə əlaqədar nazirliyin müəyyən bir proqramı yoxdur”, o bildirib.

Hüseyn Hatəmi həmçinin İran Azərbaycanında yerləşən mədənlərin gəlirinin xərclənməsi ilə əlaqədar nazirə sual verib. O, bölgə əhalisinin mədən gəlirindən faydalanmadığını önə çəkib.

“Süngün mis mədəni Kəleybər meşələri və bölgə ərazisinə zərər verir. Niyə bu mədənin gəlirindən bir rial bu bölgəyə ayrılmır?” deyə o sual edib.

“Niyə bir mərkəzi vilayətin 5 idman klubu himayə olunur və bu mədənin gəlirindən faydalanır, amma, Azərbaycanın idmanına dəstək verilmir? Bu xsusda səssiz qalsaq sabah qiyamət günündə nə cavab verəcəyik?” millət vəkili əlavə edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG