Accessibility links

Millət vəkilləri artan koronavirus yoluxma halları səbəbi ilə qarşı-qarşıya gəlib


Millət vəkilləri artan koronavirus yoluxma halları səbəbi ilə qarşı-qarşıya gəlib
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Millət vəkilləri artan koronavirus yoluxma halları səbəbi ilə qarşı-qarşıya gəlib

Mütəxəssislərin tövsiyələri dəyişməyib. İctimai yerlərdə maska taxın, sosial məsafə saxlayın, əllərinizi yuyun.

Ağ Evin Koronavirusla Mübarizə qrupunun üzvü Anthony Fauci bildirir ki, "bu elə bir prossesdir ki, ya biz bu problemin bir hissəsi, ya da problemin həllinin bir hissəsi ola bilərik... Əgər bu yayılmanın qarşısını almasaq gec ya tez, hətta sağlam olanların hər biri virusun yayılmasından dolayı böyük ziyan çəkəcək. Buna görə biz hamımızın bir yerdə olduğunu nəzərə almalıyıq. Və bunu sona çatdırmağı yeganə yolu bunu birilikdə etməkdir".

Birləşmiş Ştatları dünya əhalisinin dörd faizini təşkil edir, lakin dünya üzrə COVID-19-a təsdiqlənmiş 10 milyondan çox yoluxma halının dörddə biri təkcə bu ölkənin payına düşür.

Keçən həftə təkcə Arkanzas ştatında yolxuma halı 25 faiz artıb. Arkansaz qubernatoru Asa Hutchinson daha çox test aparılmalı olması ilə bağlı çağırış edib, "Ölkə üzrə testlərin sayını iki qat artırmışıq. Lakin biz bunu daha iki qat da artırmalıyıq. Yəqin ki, indi edə biləcəyimiz ən vacib şey budur. Mən ştat lideri olaraq narahatam, Kaliforniya və Texas kimi yüksək əhali sayına malik olanştatlarda olduğu kimi Arkanzasda da testlərə böyük ehtiyac yaranıb, görəsən bizim özəl sektor bu tələbi ödəməyə qadirdirmi?"

Hutchinson şirkətləri Müdafiə İstehsal Qanunundan daha çox istifadə edərək qoruyucu vasitələr istehsal etmək üçün çağırış edib. Bu qanun fövqaladə vəziyyətlərdə prezident Donald Trampa yerli sənayeyə nəzarər imkanı verir.

Nümayəndələr Palatsının spikeri Nensi Pelosi isə öz nöbvəsində ölkə üzrə maskalardan istifadənin məcburi elan edilməsinin gecikdiyini bildirir. Tramp administasiyası isə bunu etməyə tələsmir.


Nensi Pelosi bildirb ki, "Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi maskalardan istifadəni tövsiyə edib, lakin bunu tələb etmir. Çünki onlar prezidentin xətrinə dəymək istəmir. Prezident bir nümumə olmalıdır. Əsl yetkin şəxs maska taxmalıdır. Ölkəyə nümunə ol və maska tax. Bu özünü qorumaq deyil, başqalarının həyatını qorumaq üçündür".


Prezident ümumiyyətlə ictimai yerlərdə maska taxmır. Və Oklahomadakı son seçki kampaniyasının mitinqində Tramp qeyri-mütənasib sayda çoxalan yoluxma hallarının səbəbini testlərin aparılması ilə əlaqələndirib, "Testlər iki tərəfi də kəskin olan qılıncdır. Biz hazırda 25 milyon test aparmışıq. Və işin pis tərəfi budur ki, nə qədər çox test aparsan o qədər də çox yoluxma halı aşkarlanacaq. Buna görədə öz adamlarıma dedim ki, "Zəhmət olmazsa testləri azaldın!"


Hazırda ABŞ-da virusdan ölənlərin sayı 125 mini, dünya üzrə isə yarım milyonu ötüb.

XS
SM
MD
LG