Accessibility links

Ağ Ev uğrunda yarışın qalibini milleniallar müəyyən edə bilər [Video]


Ağ Ev uğrunda yarışın qalibini milleniallar müəyyən edə bilər
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Ağ Ev uğrunda yarışın qalibini milleniallar müəyyən edə bilər

Amerikalıların yeni prezident seçmələrinə dörd ay qalıb. Bir qrup seçici bu günlərdə diqqəti öz üzərlərinə çəkir. Bu, 18-35 yaş aralarındakı minilliliklərdir. Bəzi analitiklər deyir ki, 2016-cı il seçkilərinin aqibəti bu demoqrafiyanın əlindədir. Bu, onların seçkidə iştirak edib-etməyəcəklərindən asılı olacaq.

Biz millenialların kütlə şəklində çıxıb istəklərin dilə gətirmələrini istəyirik.
Beatriz Kuartaz

Çox adam gənclər arasında 70 yaşlı Vermont sentoru Berni Sandersə dəstəyin bu qədər yüksək olacağını gözləmirdi. Amma bu seçki dönəmində prezident Barak Obamanın 2008-ci il seçki kampaniyasında bəri ən çox minillilik gənclərindən ibarət seçici iştirak edə bilər.

Ceyk Stivens deyir ki, Sanders danışanda o valeh olurdu

“Berni namizədliyini irəli sürdü və mən “wow” bu kişi mənim inandığım dəyərləri dəstəkləyir dedim.”

Ancaq artıq Berni seçkidən kənarda qaldığı üçün, onun bir çox tərəfdarı iki seçim qarşısında qalıb.

“Onların heç biri yaxşı çözüm deyil, amma artıq ikisindən ən yaxşısını seçməliyik.”

Milleniallar nəsli
Milleniallar nəsli

Bu, seçki günündə seçkidə iştirak etməməklə tanınan millenialllar üçün çətin seçimdir.

Lakin 2016-cı il seçkisinin gənclər üçün mühüm nəticələri ola bilər. Siyasi elm üzrə professor Beatriz Kuartaz milenialların bundan agah olduqlarını deyir.

“Milleniallar etibarlı olur və ölkələri üçün doğru olanı edir, çünki indi baş verənlər onların gələcəyini müəyyən edəcək.”

Bəzi gənc seçicilər üçün 2016-ci ildə iki pis namizəd arasında ən yaxşısını seçmək demək olacaq.

Milleniallar etibarlı olur və ölkələri üçün doğru olanı edir, çünki indi baş verənlər onların gələcəyini müəyyən edəcək.
Beatriz Kuartaz

“İki namizədi nəzərə alsaq, önümüzdə bizi çox vacib seçki gölzəyir. Hər namizədin fərqli mesajı var. Biz isə edəcəyimiz seçimi nəticələrini ömrümüzün sonunadək hiss edəcəyik," deyə gənc seçici Cessi bildirir.

Professor Kuartas deyir ki, gənc nəsil noyabrda həlledici siyasi qüvvə ola bilər.

“Biz millenialların kütlə şəklində çıxıb istəklərin dilə gətirmələrini istəyirik.”

Ağ Ev uğrunda yarış qızışır, millenialların isə gələn dörd il ərzində orada yaşayacaq insanı seçməyə səlahiyyətləri var. Ancaq onların bu seçimi etmək üçün noyabr ayında seçkidə iştirak edib-etməyəcəkləri isə hələ ki nəlum deyil.

XS
SM
MD
LG