Accessibility links

Milli Şura 28 May metrosu qarşısında mitinq keçirəcəyini bildirir


Bakı meriyası Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-da şəhərin mərkəzində mitinq keçirməsinə icazə verməyib. Hakimiyyət mitinqin Lökbatan qəsəbəsində keçirilməsini təklif edib.

Milli Şura bu təklifi qəbul etmir və mitinqin şəhərin mərkəzində keçiriləcəyini bildirib.

“19 oktyabr mitinqi keçiriləcək! Rejim növbəti dəfə Konstitusiyanı pozdu. Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabr mitinqini Lökbatanda keçirməyi təklif edib. Əvvəlcədən demişdik, Lökbatan mitinq yeri ola bilməz. Ümumiyyətlə Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz. Biz Konstitusiyaya uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişdik ki, Milli Şura olaraq mitinqimizi 19 oktyabr, saat 15-də 28 may metrosunun qarşısındakı meydanda keçirəcəyik. Həmin vaxtda, həmin yerdə (həmin yerə nə qədər yaxınlaşa bilsək) mitinqimizi keçirib, şüarlarımızı səsləndirəcəyik. Mitinqimiz istisnasız olaraq dinc olacaq. Xalqımız dinc, lakin kütləvi mübarizəyə sədaqətini göstərəcək. Xalqımız konstitusion hüququnun məmurlar tərəfindən əlindən alınması ilə barışmamalıdır!” AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.

Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 15-də bildirib ki, istənilən icazəsiz aksiyanın qarşısı alınacaq.

Oktyabrın 8-də Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə piket keçirib. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulsa da, yüzlərlə etirazçı meriya binasının ətrafındakı küçələrə toplaşıb.

Meriya bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra kütləvi aksiyalara razılıq verməyib.

Milli Şuranın son müraciətinə cavabda isə meriya sentyabrın 28-də mitinqin Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verilib. Lakin Milli Şura bu təklifdən imtina edərək, aksiyalarını şəhərdəki meydanlardan birində keçirəcəyini bildirib.

Bundan sonra oktyabrın 8-də Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığı hüququnun bərpası tələbi ilə piket keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG