Accessibility links

Milli Şura aprelin 6-na mitinq təyin edib


Demokratik Qüvvələrin Milli Şurası aprelin 6-da Bakıda "Məhsul" stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsəni Facebook səhifəsində məlumat yayıb.

“Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər çağırışlardan ibarətdir” , Həsənli qeyd edib.

O bildirir ki, respublika konstitusiyası və “Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq Milli Şura dinc kütləvi aksiya keçirməyi planlaşdırır.

Bundan öncə Müsavat Partiyası aprelin 7-də kütləvi tədbir keçirilməsi ilə bağlı qərar qəbul edib.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də və martın 2-də, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi aksiyalara razılıq verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG