Accessibility links

Milli Şura martın 2-nə mitinq təyin edib


Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Milli Şura martın 2-də Bakıda “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə AXCP sədri Əli Kərimli Turan.tv-nin “Sözarası” proqramında canlı yayımda bildirib.

Əli Kərimli çıxış edir
Əli Kərimli çıxış edir

Kərimli hökumətin siyasətini tənqid edib. O mitinqdə siyasi məhbuslara azadlıq, demokratik tələblərlə yanaşı sosial tələblərin də diqqət mərkəzində olacağını bildirib.

“Tibbi sığorta təmin olunmalı, elektrik və qazın qiyməti endirilməli, onkoloji xəstələr tam pulsuz müalicə edilməli, pensiya təminatı məsləsinə yenidən baxılmalı, pensiyalar, müavinətlər, maaşlar artırılmalıdır. Əhalinin banklara problemli kreditlərlə bağlı borcları dövlət tərəfindən ödənilməlidir. Təhsil pulsuz olmalıdır,” AXCP sədri mitinqdə tələb ediləcək sosial məsələlərdən danışarkən deyib.

O mitinqin xalq tərəfindən kütləvi şəkildə dəstəklənməsini vacib sayır.

Tibbi sığorta təmin olunmalı, elektrik və qazın qiyməti endirilməli, onkoloji xəstələr tam pulsuz müalicə edilməli, pensiya təminatı məsləsinə yenidən baxılmalı, pensiyalar, müavinətlər, maaşlar artırılmalıdır. Əhalinin banklara problemli kreditlərlə bağlı borcları dövlət tərəfindən ödənilməlidir. Təhsil pulsuz olmalıdır.
Əli Kərimli, AXCP sədri

“Xalqımız meydanları doldurduqca problemlər həll olunacaq. İlham Əliyev yalnız Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra xalqın müəyyən problemləri ilə bağlı addımlar atmağa başladı. Amma, bu addımlar imitasiya xarakteri daşıyır. Biz hakimiyyətin zəbt olunmasına da yol verə bilmərik,” Kərimli qeyd edib.

Milli Şura sonuncu mitinqini yanvarın 19-da keçirib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi. Bu mitinq müxalifətin son illərdə keçirdiyi ən kütləvi aksiya olub.

Bundan sonra, Bakı meriyası Milli Şuranın yanvarın 26-na, fevralın 23-nə təyin etdiyi mitinqlərə icazə verməyib.

Milli Şura fevralın 23-nə təyin etdiyi mitinqdə siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsini, uşaq pullarının verilməsini və başqa demokratik tələblər iərli sürəcəyini bildirmişdi.

AXCP-nin məlumatına görə, 19 yanvar mitinqi ərəfəsində və mitinqdən sonra 50-dən çox müxalifət fəalı saxılanılıb. Yalnız AXCP-nin 40-dan çox fəalı polisin qanuni tələbinə tabe olmamaq və digər ittihamlarla inzibati həbsə məhkum edilib.

Öz növbəsində rəsmi Bakı ölkədə sürətli iqtisadi inkişafın olduğunu və əhalinin sosial durmunun durmadan təmin edildiyini bəyan edir. Dövlət rəsmiləri, bütün fundamental azadlıqların, o cümlədən toplaşmaq, söz və birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Hökumət həmçinin insanların siyasi əqidəsinə görə təqib olunmadığını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG