Mayın 9-da Azərbaycan Ziyalılar Birliyinin sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev karantin qaydalarını pozmaq ittihamı ilə 100 manat cərimə olunub.
Eldəniz Quliyev Amerikanın Səsinə bildirib ki, karantin qaydalarını pozmayıb.
“Bu gün Bakının Nəsimi rayonu ərazisindəki ofisim polis mühasirəsində idi. Ofisin qapısından çıxan kimi yaxınlaşıb Baş İdarədən tapşırıq olduğunu dedilər, iki nəfər mülki geyimli maşının arxa oturacağında əyləşib məni məcburi surətdə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə apardılar. Yaşıma görə inzibati həbs cəzası düşmədiyindən, protokol tərtib etdilər və 100 manat cərimə edib sərbəst buraxdılar. Təbii ki, qeyri-qanunidir. Şahın qanun olduğu ölkələrdə belə anormallıq normal sayılır!“ o qeyd edib.