Accessibility links

Milli Şuranın mitinqinə icazə verilmədi


Milli Şura mitinq keçirir - 19.01.2019
Milli Şura mitinq keçirir - 19.01.2019

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 20-nə təyin etdiyi mitinqi məqsədəuyğun saymayıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

Milli Şura aprelin 4-də mitinq keçirmək barədə qərar qəbul etmişdi. Mitinqin siyasi məhbuslara azadlıq, korrupsiya yolu ilə ölkədən oğurlanmış, xalqdan talan edilmiş vəsaitlərin geri qaytarılması, hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsi və digər tələblərlə keçiriləcəyi bildirilmişdi.

Milli Şuranın 19 yanvar mitinqi izidhamlı keçmişdi.

Milli Şuranın yanvarın 19-da keçirdiyi izdihamlı mitinqdən sonra Bakı meriyası indiyədək hər hansı aksiyanın keçirilməsinə razılıq verməyib.

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-də, martın 2-də, aprelin 6-da, Müsavat Partiyasının martın 10-da və aprelin 7-də keçirmək istədiyi aksiyalara razılıq verməyib.

19 yanvarda, Milli Şura Bakıda “Məhsul” stadionunda Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq, ölkədən oğurlanıb ofşor zonalarda yerləşdirilmiş korrupsiya pullarının xalqa qaytarılması tələbi ilə mitinq keçirmişdi.

Minlərlə insanın qatıldığı mitinqdə Müsavat, REAL partiyalarının təmsilçiləri, məhbus ailələrinin nümayəndələri çıxış etmişdi.

Mitinqdə “Azadlıq!” “İstefa!” “Mehman Hüseynov və siyasi məhbuslara azadlıq!” şüarları səsləndirilmiş, “Bu vətən bizimdir!” “Siyasi məhbuslara azadlıq!” “Mehman Hüseynova azadlıq!” “Biz qalib gələcəyik!” və başqa şüarlar qaldırılmışdı. İştirakçılar həmçinin Mehman Hüseynov və digər siyasi məhbusların portretlərini qaldırıb.

Aksiyada daha geniş meydanlara, o cümlədən “Azadlıq” meydanına yürüş üçün çağırışlar edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG