Accessibility links

Milli Şuranın mitinqinin təsirləri...


Milli Şuranın 19 yanvar mitinqi
Milli Şuranın 19 yanvar mitinqi

Yanvarın 19-da keçirilən mitinqdə siyasi məhbuslara azadlıq tələb edilib

Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsü ilə yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən mitinq ictimai rəydə geniş müzakirələrə yol açıb. Bu, müxalifət qüvvələrinin son illərdə keçirdiyi ən çox insanın iştirak etdiyi mitinq idi. Minlərlə insanın iştirak etdiyi mitinqdə iqtidarın daxili və xarici siyasəti kəskin tənqid olunub, daha geniş meydanlarda mitinq keçirməyin vaxtının çatması ilə bağlı çağırışlar olub.

Milli Şura yanvarın 26-na növbəti mitinq elan edib.

Rəsmi qurumlar ilk öncə mitinqdə qanun pozuntsunun qeydə alınmadığını, cəmi 2 800 nəfər iştirakçı olduğunu bildirib. Bunun ardınca isə həm də mitinqdən sonra qanun pozuntularının qeydə alındığını bəyan ediblər.

Birgə məlumat: Qanunazidd hərəkətlərə yol verilib

Bakı Şəhər Prokurorluğu
Bakı Şəhər Prokurorluğu

“Yanvarın 19-da Demokratik Qüvvələrin mitinqindən sonra iştirakçıların bir qrupu qanunvericiliyə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə cəhd ediblər. Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə, belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar ediliblər.

İlham Hüseyn: "Xəbərdarlıq toplaşmaq azadlığını məhbudlaşdırmaq cəhdidir"

İlham Hüseyn
İlham Hüseyn

Mitinqin təşkilatçılarında olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri İlham Hüseyn bildirib ki, təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinin (BŞŞPİ) rəisi Mirqafar Seyidov qəbul edib.

Onun sözlərinə görə, idarə rəisi mitinqdə qanuna zidd hərəkətlərin sahibikarların və ətrafdakı şəxslərin narazılıqalrına səbəb olduğunu bildirib.

“Biz, yəni mitinq təşkilatçıları bildirdik ki, mitinqin gedişində hər hansı qanunazidd addıma yol verilməyib. Mitinq deyilən yerdə və müddətdə keçirilib. Polis idarəsində bizə izahat imzalamq təklif edildi, amma biz təşkilatçılar olaraq sənədi imzalamaqdan imtina etdik,” o, Amerikanın Səsinə deyib.

İlham Hüseynin fikrincə, hökumətin bu xəbərdarlığı ifadə və toplaşnmaq azadlığını məhbudlaşdırmaq cəhdidir.

Bakı Baş Polis İdarəsi: "Hüquq qaydasının kobud pozulması halları qeydə alınmayıb"

Bakı şəhər Baç Polis İdarəsi
Bakı şəhər Baç Polis İdarəsi

Yanvarın 19-da Milli Şuranın mitinqindən sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda ümumi sayı 2800 nəfərədək olan üzv və təəssübkeş iştirak edib.

“İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, Bakı şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.

Bakı Baş Polis İdarəsinin rəisi: "Əli Kərimli və tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq"

Mirqafar Seyidov
Mirqafar Seyidov

Elə həmin gün, yanvarın 19-da Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Mirqafar Seyidov bildirib ki, Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən, Əli Kərimli (AXCP sədri-red) və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam.
Mirqafar Seyidov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi

“Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir,” Seyidov qeyd edib.

BŞBPİ-nin rəisi Milli Şuranın yanvarın 26-na elan etdiyi mitinqlə bağlı da münasibət bildirib.

“Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”, o qeyd edib.

Cəmil Həsənli: "Mitinqin izdihamlı keçməsi onları qorxuya salıb"

Cəmil Həsənli və Əli Kərimli
Cəmil Həsənli və Əli Kərimli

​Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində iğtişaşlara cəhd olması və polisin bunun qarşısını alması ilə bağlı Bakı Şəhər Polis İdarəsi rəisinin dedikləri əsassızdır, bəhanədir.

Cəmil Həsənlinin fikrincə, aksiya dinc şəraitdə, hər hansı qarşıdurma olmadan keçib və heç bir iğtişaşa, qanunazidd hərəkətlərə yol verilməyib.

Milli Şuranın növbəti mitinqinə icazə verilməyəcəksə, bu, hakimiyyətin dinc aksiyalara icazə verməməsi kimi dəyərləndiriləcək.
Cəmil Həsənli, Milli Şuranın sədri

"Amma hökumətin gözləntisinin əksinə olaraq mitinqin izdihamlı keçməsi onları qorxuya salıb və bu tip açıqlamalar da həmin qorxunun nəticəsidir,", Milli Şura sədri qeyd edib.

Cəmil Həsənli Baki Şəhər Baş Polis İdarəsi rəisinin növbəti mitinqə icazə verilməməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyinə də münasibət bildirib.

"Bu, birincisi, polis rəisinin öz səlahiyyət həddini aşmasıdır. Polis siyasi proseslərə, siyasi aksiyaların keçirilməsinə mane ola bilməz. İkincisi, əgər Milli Şuranın növbəti mitinqinə icazə verilməyəcəksə, bu, artıq dinc aksiyaların bitməsi dövrü kimi, hakimiyyətin dinc aksiyalara icazə verməməsi kimi dəyərləndiriləcək".

O deyib ki, Milli Şura növbəti mitinqi yanvarın 26-da keçirməyi nəzərdə tutur və bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG