Accessibility links

ABŞ-ın Milli Demokratiya Fondu Rusiyada "arzuolunmaz" xarici qrup elan edilib


Rusiya prokurorları qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunu mübahisəli yeni qanunla Rusiyada fəaliyyəti qadağan olmuş ilk xarici qeyri hökumət təşkilatı elan edib.

Rusiyanın Baş Prokurorluq idarəsinin veb səhifəsində yerləşdirilmiş bəyanatda deyilir ki, Milli Demokratiya Fondu Rusiya biznesmenləri və nəzarətində olan qeyri-kommersiya təşkilatlarından seçkilərin nəticələrinin qeyri-legitim elan edilməsi ilə bağlı fəaliyyətlərdə iştirak etmək üçün istifadə edib.

“Fondun işinin əsas məqsədini nəzərə alaraq, prokurorlar onun Rusiyanın konstitusiya quruluşu, ölkənin müdafiə qabiliyyətlər və dövlət təhlükəsizliyinə hədə təşkil etdiyi haqda nəticə çıxarıb”-deyə bəyanatda bildirilir.

1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır. Təşkilat Moskva Helsinki Vətəndaş Qrupu da daxil olmaqla Rusiyada insan hüquqları və vətəndaş cəmiyyəti qruplarını maliyyələşdirirdi.

Milli Demokratiya Fondu Rusiyada arzuolunmaz qrup elan edilməsi xəbərinə cavab olaraq bunun Rusiyada vətəndaşların azadlıqlarını məhdudlaşdıran qanunlar silsiləsindən sonuncusu olduğunu bildirib.

Milli Demokratiya Fondu dünyanın hər yerində insan hüquqlarına və fundamental azadlıqlara dəstək vermək işinə sadiq qaldığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG