Accessibility links

Milli Dirçəliş Günü və Azərbaycanda Rusiyanın hərbi kontingenti


Bu gün, noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.

Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 19 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.

Belə ki, Mixail Qorbaçovun başçılıq etdiyi keçmiş Sovet İttifaqının Qarabağ məsələsi ətrafında apardığı siyasət nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı başlayıb.

1988-ci ildə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovulub. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədilib. O zamandan başlayan Dağlıq Qarabağ münaqişəsi yalnız 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının nəticəsi olaraq noyabrın 10-da razılaşma ilə nəticələnib. Buna baxmayaraq regionda gərginlik hələ də davam edir.

1988-ci ilin nopyabr-dekabr mitinqi
1988-ci ilin nopyabr-dekabr mitinqi

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında (o vaxt Lenin meydanı adlanırdı) Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib. Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.

Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb.

Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.

Etibar Məmmədov
Etibar Məmmədov

Etibar Məmmədov: O zaman başlanan hərəkat otuz ildən sonra nəticə verir

Azərbaycan milli azadlıq hərəkatının rəhbərlərindən Etibar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, o zaman xalq kommunist rəhbərliyinin siyasətinə etiraz olaraq ayağa qalxıb öz haqqını tələb etdi.

Etibar Məmmədov: O zaman başlanan hərkat otuz ildən sonra nəticə verir
please wait

No media source currently available

0:00 0:01:55 0:00

“Mitinqlər Dağlıq Qarabağla bağlı keçmiş kommunist rəhərliynin siyasətinə etiraz olaraq başladı və ümumxalq hərəkatına çevirildi. O zamandan başlanan hərkat, nəhayət, otuz ildən çox vaxt keçəndən sonra nəticəsini verdi. Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayıb və qarşıda tamamlamaq vəzifəsi durur,” o qeyd edib.

Məmmədov 1988-ci ildə Azərbaycanda olan keçmiş SSRİ Ordusu ilə indi Azərbaycanda olan Rusiya sülhməramlı koningentini müqayisə edərkən deyib ki, o zaman Bakıya rus ordusu yeridildi və fövqəladə vəziyyət elan edilərək komendant saatı tətbiq edildi.

“Buna baxmayaraq Azərbaycan müstəqilliyini də qazandı, müstəqil dövlətə də çevirildi və xarici qoşunlar da ölkəmizdən çıxarıldı. Yənu rus ordusu Azərbaycandan çıxarıldı. İndi isə rus ordusu yox, Rusiyanın silahlı kontingenti müharibə zonasında tərəfləri ayırmaq üçün üçtərəfli razılıq əsasında Azərbaycana müvəqqəti qaydada daxil olub. Bundan sonra Azərbaycanın özündən asılı olacaq, burada onların möhkəmlənməsinə icazə verəcək, yoxsa icazə verməyəcək,” Məmmədov qeyd edib.

Ənvər Əliyev
Ənvər Əliyev

Ənvər Əliyev: 1988-ci il etirazlarının səbəbi Dağlıq Qarabağ problemi olub

1988-ci ildəki mitinqlərin təşkilatçılarından olan Ənvər Əliyev Amerikanın Səsinə müsahibəsində deyib ki, o dövr etirazların səbəbi bu gün də problem kimi qalan Dağlıq Qarabağ probelmi olub.

Ənvər Əliyev: 1988-ci il etirazlarının səbəbi Dağlıq Qarabağ problemi olub
please wait

No media source currently available

0:00 0:02:41 0:00

“Bu problem, o zaman SSRİ məkanıda qeyri-adi hadisə idi. Biz də fevral ayından başlayaraq Ermənistanda baş verən hadisələrə adekvat olaraq mitinqlərə çıxırdıq. Biz görürdük ki, bir günlük mitinqlərlə nəticə əldə etmək mümkün deyil. Qərara gəldik ki, ermənilərin üsulundan istifadə edərək çoxgünlük mitinq təşkil edək. Mitinqin təşkilatçılıq işləri mən etdim və dünyada səs salan bir mitinq oldu, 19 gün davam etdi. Nəticəsi də mübarizə tariximizin ən şərəfli səhifələrindən birinə çevirildi.”

Əliyevin fikrincə, o dövrdə Azərbaycan keçmiş SSRİ-yə daxil idi və müəyyən konstitusion normalar var idi. Bu gün isə Rusiya qoşunları Azərbaycana müstəqil ölkə kimi gəlib.

“Keçmiş SSRİ qoşunlarının 1988-ci ilin noyabrında Bakıya yeridilməs elə də müqavimətlə qarşılanmadı. Amma indi Azərbaycan müstəqil ölkədir. Heç bir beynəlxalq təşkilatdan icazə almadan ölkənin ərazisinə qoşun yeridilib. Bunun bir adı var, işğal. Təsəvvür edin, simvolik olaraq deyək ki, 12-ci Qızıl Ordu Azərbaycan əarzisinə daxil olub. Bunu bir adı var, işğal. Başqa nə adı ola bilər?” o sual edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırlması barədə birgə bəyanat imzalayıb.

Sənəddə dekabrın 1-də Ermənistan Ordusunun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindən çıxarılması barədə öhdəlik əksini tapıb.

Birgə bəyanatda deyilir ki, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca beş il müddətində Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

XS
SM
MD
LG