Accessibility links

Milli fəal Vədud Əsədi Rəşt Həbsxanasına köçürülüb 


İranın Rəşt şəhərindəki kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan türk fəal Vədud Əsədi bu şəhərin həbsxanasına köçürülüb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, oktyabr ayının 30-da İranın Kəşfiyyat məmurları tərəfindən həbs edilən milli fəal Vədud Əsədi noyabrın 22-də dindirmə prosesi başa çatdıqdan sonra Rəşt şəhərinin 2 saylı həbsxanasına köçürülüb.

Rəşt şəhərində yaşayan milli fəal Vədud Əsədi həbsxanadan ailəsi ilə qurduğu telefon əlaqəsində bu haqda məlumat verib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Vədud Əsədinin yaxınları milli fəalın girov qarşılığında müvəqqəti azadlığa buraxılması məqsədilə Rəşt İnqilab Prokurorluğunun 16-cı şöbəsinə müraciət etdiklərində müstəntiqin sərt və təhqiredici rəftarı ilə üzləşiblər və müstəntiq onların bu tələbinə qarşı çıxıb.

Güneyli milli fəal Vədud Əsədi oktyabrın 30-da İranın Kəşfiyyat agentləri tərəfindən öz evində tutulub və Kəşfiyyat İdarəsinin təcridxanasında göz altına alınmışdı.

Əsədi daha öncə də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Rəşt şəhərində yaşayan digər türk fəallarla birgə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqlərində iştirak etməklə əlaqədar məhkəməyə çağırılmışdı.

Keçmiş tələbə fəalı Əsədi daha öncə də Ərdəbildə təhsil aldığı zaman mədəni fəaliyyətlərindən dolayı saxlanılıb və mühakimə edilmişdi. O, qapadılmış “Səhər” tələbə jurnalının keçmiş baş yazarıdır.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG