Accessibility links

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib, yandırın”


Şapur Ənsari
Şapur Ənsari

Şapur Ənsari Azərbaycan Milli Höküməti dönəmini anladır [Birinci Bölüm]

1945-ci ilin dekabr ayında qurulan Azərbaycan Milli Höküməti dönəmində qısa bir müddət türk dilində təhsil almış Şapur Ənsari həmin dövrün şəxsiyyətinin formalaşmasına təsir etdiyini ifadə edir.

Şapur Ənsari Azərbaycan Milli Hökümətinin irsi haqda danışır
please wait

No media source currently available

0:00 0:14:28 0:00

ABŞ-da yaşayan tanınmış alim və cərrah Amerikanın Səsi ilə söhbətdə həyatının şansı kimi dəyərləndirdiyi o günləri anladıb.

Bu həmişə hamıya nəsib olmaz. Mənim xatirimdə yazılan o günlər və təcrübələr şəxsiyyətimə təsir etdi.

“Demokrat Firqəsinin hökümətinin bir hissəsini ikinci sinifdə, bir hissəsini də üçüncü sinifdə idim. Mənim şansım oldu ki, o zaman o təcrübəni qazandım. Bu həmişə hamıya nəsib olmaz. Mənim xatirimdə yazılan o günlər və təcrübələr şəxsiyyətimə təsir etdi,” Şapur Ənsari söyləyir.

Tanınmış cərrah İran Azərbaycanının Marağa şəhərində uşaqlıq illərini “qürurlu və hərkəsin təriflədiyi” biri kimi keçirdiyini, amma sonralar ali təhsil üçün paytaxt Tehrana getdiyində təhqirlərlə üzləşdiyini deyir:

“Mən çox qürurlu insan idim. Birinci şagird idim. Ailəm mənimlə fəxr edərdi. Heç zaman özümü kiçik hiss etməzdim. Milli Hökümət dönəmində dilimizdən çox zövq alırdım...”

​1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə milli hökümətin devrilməsindən sonra, tanınmış cərrahın dediklərinə görə, “türkcə qadağa olundu və şagirdlər özgə dilini öyrənməyə məcbur edildilər.”

Türkcə qadağa oldu və biz [sinifdə] türkcə danışa bilmirdik. Bizi özgə dilini öyrənməyə məcbur edirdilər. Fars dili o dadı vermirdi. Elə bil özgə paltarı geyinirsən. O zaman bunu təhqir hesab etmirdim, amma rahat deyildim.

“Dedilər bu dil pis dildir, kitablarınızı gətirib, yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq,” güneyli alim xatırlayır.

O, əlavə edir, “türk dili qadağa oldu və biz [sinifdə] türkcə danışa bilmirdik. Bizi özgə dilini öyrənməyə məcbur edirdilər. Fars dili o dadı vermirdi. Süni bir şey idi... Elə bil özgə paltarı geyinirsən. O zaman bunu təhqir hesab etmirdim, amma rahat deyildim. Könlüm türkcə danışmaq istəyirdi... Tehrana ki getdim, gördüm hələ bu heç, bunlar məni kiçik də sayırlar.”

Şapur Ənsari Tehranda keçirdiyi tələbəlik illərində fars dilini yaxşı danışa bilmədiyi üçün təhqirlərə məruz qaldığını belə təsvir edir:

“Tehrana getdim, baxdım ki, bizi əskik görürlər. Sağa dönürəm təhqir edirlər, sola dönürəm təhqir edirlər. Elə oldu ki, mən utancaq böyüdüm orada. Cəsarət etmirdim ağzımı açıb bir söz deyim. [Dərsi] bilirdim amma qorxurdum gülələr ağzımı açanda... ‘Torke’ deyib qah-qah gülürdülər.”

Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu
Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu

Fars dilində “o türk” ya “bir türk” anlamına gələn “torke” sözü xüsusilə Tehranda türkləri aşağılamaq üçün istifadə edilən bir ifadədir.

Şapur Ənsari deyir, “mən ki keçmişdə sinif birincisi idim və hamı məni tərif edərdi, bu vəziyyətə dözə bilmirdim. Düşünürdüm nə olmuş ki? Nəyim bunlardan azdır ki? Məni məcbur edirlər bunların dilində danışmağa və mən danışa bilmirəm. Bu niyə gərək mənə əskiklik gətirə?”

XS
SM
MD
LG