Accessibility links

Milli Kəşfiyyat direktoru Konqresdə impiçment araşdırmasının mərkəzində olan şikayətlə bağlı ifadə verir


Prezident Donald Trampın impiçment araşdırmasının mərkəzində olan kəşfiyyat işçisinin şikayətinin açıqlanmasının qarşısını alan ABŞ-ın Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edən Cozef Makuayer Konqresin Kəşfiyyat Komitəsi qarşısında ifadə verir.

Makuayerin Senatın Kəşfiyyat Komitəsinin üzvləri ilə də bağlı qapılar arxasında görüşdə danışacağı gözlənilir.

Kəşfiyyat Komitəsində bəzi qanunvericilərin kəşfiyyat orqanlarının işçisinin şikayəti ilə tanış olmasına imkan verilib. Şikayətin qiymətləndirilməsi ilə bağlı partiya mənsubiyyətindən asılı olaraq fikir ayrılıqları mövcuddur. Demokratlar bunu kəskin şəkildə qınayır.

Kəşfiyyat Komitəsinin sədri Adam Şiff
Kəşfiyyat Komitəsinin sədri Adam Şiff

Nümayəndələr Palatasının demokrat üzvü və Kəşfiyyat Komitəsinin sədri Adam Şiff şikayətlə tanış olduqdan sonra müxbirlərlə danışıb.

“Mən bu iddiaları olduqca böyük narahatlıqla qarşılayıram. Onların həm də etibarlı olduğunu düşünürəm. Mən baş inspektorun da bunu etibarlı hesab etməsini başa düşürəm. Baş inspektorun tam təhlili olmadan da. Lakin şikayət çox yaxşı şəkildə yazılıb. Bu həm də komitə üzvlərinə digər şahidlər və sənədlərlə tanış olmaq üçün informasiya təqdim edir. Buna görə də biz nə iş görməli olduğumuzu yaxşı bilirik. Mən məlumat verən şəxsə də təşəkkür etmək istəyirəm. Mən hesab edirəm ki, bu cəsarətli şəxs çox ciddi səhvləri ifşa edib.”

Respublikaçılar şikayətin ictimaiyyətə açıqlanmasının prezident üçün təhlükə yaratmayacağını proqnozlaşdırır. Trampın müttəfiqi, senator Lindsi Qraham burada ciddi bir şeyin olmadığını deyib.

“Fikrimcə, bu telefon söhbətinin Birləşmiş Ştatlar prezidentinin Ukraynaya yardımı onun siyasi tapşırığının yerinə yetirmədiyi halda saxlanılmasına dair hədə olduğunu iddia etmək gülüncdür.”

Prezident Donald Tramp və Ukrayna Prezidenti Volodymyr Zelenski arasında görüş, Nyu-York, 25 sentyabr, 2019.
Prezident Donald Tramp və Ukrayna Prezidenti Volodymyr Zelenski arasında görüş, Nyu-York, 25 sentyabr, 2019.

Senatın Kəşfiyyat Komitəsinin bir respublikaçı üzvü, Nebraska senatoru Ben Sasses müxbirlərə deyib ki, o, şikayətdə “narahat doğuran məqamlar olduğunu” hesab edir. Lakin o, demokratlara impiçmentlə bağlı nəticə çıxarmağa tələsməmək haqda xəbərdarlıq etsə də, respublikaçıların da sadəcə Trampı müdafiə etməməli olduğunu deyib.

İmpiçment araşdırmasına yola açan mübahisə keçən həftə adının açıqlanmadığı kəşfiyyat işçisinin Tramp administrasiyası daxilində bəzi fəaliyyətlərlə bağlı xəbərdarlığından sonra yaranıb. Buraya iyul ayında prezident Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı da daxildir.

Həmin şəxs kəşfiyyat orqanlarının baş inspektoru ilə əlaqə saxlayıb və o, şikayəti “ciddi” və “təcili” adlandırıb.

XS
SM
MD
LG