Accessibility links

Deputatlığa namizədlər seçkilərin nəticələrinə etiraz edib


Bu gün, fevralın 11-də seçkilərin nəticələrinə etiraz olaraq Bakının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədlər Zəlimxan Məmmədli, Ruslan İzzətli, Əhəd Məmmədli, Nuşabə Sadıxlı seçki dairəsinin qarşısında toplaşıblar.

Namizədlər jurnalistlıərə bildirib ki, namizəd olduqları seçki dairəsinin seçki məntəqələrində ciddi qanun pozuntuları olub.

Bu zaman əraziyə gələn polislər deputatlığa namzidələrə DSK-nin binasının qarşısını tərk etməyi və Mərkəzi Seçki Komissiyasına müraciət etməyi məsləhət bilib.

Deputatlığa namizəd Ruslan İzzətli toxunulmazlıq hüququnun olduğunu bildirərək, polisləri etiraz bəyanatını oxumağa mane olmamağa çağırıb.

Polis namizədlərin seçki dairəsinin qarşısında yığışmasını piket kimi dəyərləndirib. Daha sonra deputatlığa namzidələr polis avtomobilinə oturdularaq ərazidən uzaqlaşdırılıb.

XS
SM
MD
LG