Accessibility links

Milli Məclis Əli Əsədovun yeni baş nazir təyin edilməsinə razılıq verdi


Əli Əsədov
Əli Əsədov

Milli Məclisin keçmiş sədri yeni təyinatını `əhəmiyyətsiz hadisə` adlandırıb

Oktaybrın 8-də Milli Məclis yekdilliklə prezident İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

Spiker Oqtay Əsədov bildirib ki, baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə prezident İlham Əliyevə müraciət edib.

Novruz Məmmədov 2018-ci ilin aprelində baş nazir təyin edilib. Onun istefasının səbəbləri barədə hələ detallı məlumat verilmir.

Əli Əsədov bundan öncə prezidentin iqtisadiyyat məsələləri üzrə köməkçisi idi.

O 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub.1978-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda başlayıb.

1995-2000-ci illərdə birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

17 aprel 1998-ci ildən prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Yeni baş nazir təyinatı əhəmiyyəti olmayan hadisədir

Milli Məclisin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində bildirib ki, yeni baş nazir təyinatını `əhəmiyyətsiz bir hadisə` kimi qiymətləndirir.

“Azərbaycanın həm dövlət quruluşu, həm də gerçəklikləri elə bir vəziyyətədir ki, baş nazirin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Xüsusən də bu tərzdə, bu şəkildə baş nazirlərin bir-birini əvəz etməsi həmin vəzifəni daha da nüfuzdan salan, təsirsiz bir hala gətirən prosesdir. Ona görə də heç bir əhəmiyyəti olmayan hadisə kimi qiymtləndirirəm,” o qeyd edib.

İsa Qəmbər: Yeni baş nazir təyinatı əhəmiyyəti olmayan hadisədir
please wait

No media source currently available

0:00 0:00:56 0:00
Xüsusən də bu tərzdə, bu şəkildə baş nazirlərin bir-birini əvəz etməsi həmin vəzifəni daha da nüfuzdan salan, təsirsiz bir hala gətirən prosesdir.


Keçmiş spiker yeni baş nazirin islahatlara təsiri ilə bağlı sualın cavabında deyib ki, yeni təyinat iqtisadi islahatlar sahəsində heç bir yenilik yarada bilməz.

“Çünki bu hakimiyyətdə islahat adında ideyası olan şəxslər vadrısa da, həmin şəxslər ictimaiyyətə bəlli deyil.

”Qərarları bir adam qəbul etdityi üçün o tipli vəzifələrdəki adamların dəyişməsi heç bir dəyişiklik yaratmır, heç bir islahat ad-havası yarada bilməz,” İsa Qəmbər qeyd edib.

Oqtay Əsədov
Oqtay Əsədov

Oqtay Əsədov: Etmadı doğruldacaq

Milli Məclisin sədri Oqtay Əsədov Əli Əsədovun baş nazir təyin edilməsini `ölkə və xalq üçün uğurlu olacağ`ını bildirib.

“Əsədovn prezidentin etimadını doğruldacağına inanıram,” o deyib.

Vahid Əhmədov
Vahid Əhmədov

Vahid Əhmədov: Qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirilməlidir

Deputat Vahid Əhmədov deyib ki, Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanır.

“Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Hesablama Palatasının büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir,” deputat qeyd edib.

XS
SM
MD
LG