Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, deputatlar ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi məqsədilə bu ölkənin Konqresində, Senatda, Nümayəndələr Palatasında, Dövlət Departamentində görüşlər keçirəcək.
Səfər noyabrın 21-dək davam edəcək.