Accessibility links

Növbəti hücum obyekti -Transparency International-ın cavabı


Milli Məclis
Milli Məclis

Müzakirələrdə Leyla Yunusla bağlı məsələyə toxunulub. Milli Məclisdə Transparency International-ın Azərbaycan bölməsi tənqid edilib. Təşkilat deyilənləri əsassız sayır

Milli Məclisin mayın 2-də keçirilən plenar iclası deputatlar Əli Hüseynov və Elmira Axundovanın çıxışları ilə başlayıb.

Turan agentliyinin məlumatına görə onlar Transparency İnternational təşkilatının Azərbaycandakı nümayəndəliyi Transparency-Azerbaijan-ın qeyri-obyektivliyindən və zərərli olmasından danışıblar.

Eyni zamanda hər iki deputat “beşinci kolon” ilə mübarizənin vacibliyinə deyib, lakin nəyi nəzərdə tutduqlarını açıqlamayıblar.

Sonra deputat Musa Qasımlı “Leyla Yunusun polis zabitinin papağını ayaqlar altına atması” fonunda "Polis haqqında" qanunun sərtləşdirilməsinə çağırıb.

Deputat Səyavuş Novruzov bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycanın işlərinə qarışır və pul verdiyi agenturanı müdafiə edir. Bu vəsait isə ermənilərdən gəlir.

Deputat Fəzail Ağamalı deyib ki, hamıdan çox Leyla Yunus belə vəsait alır və o, “hakimiyyətin razılığı” olmadan xarici dövlətlərə səfər edir. Buna son qoymaq lazımdır.

Qeyri-hökumət sektorunun nümayəndəsi olan deputat Azay Quliyev hiddətlənib ki,Transparence Azerbaijan L.Yunusa qrant verilməsinəd əsa rol oynayıb, təşkilatın hesabatında isə parlament haqqında mənfi rəylər var.

Çıxışları yekunlaşdıran spiker Oqtay Əsədov Leyla Yunus və Rəna Səfərəliyevanı utandıraraq onları Azərbaycan dövlətçiliyinə qarşı olmaqda ittiham edib. “Onlar araşdırmaq əvəzinə qarışdırırlar”, O.Əsədov vurğulayıb.

Bu yaxınlarda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov da Transparency Azerbaijan-I tənqid edib, onun Azərbaycana dair hesabatlarını qeyri-obyektiv adlandırıb.

Öz növbəsində Transparency Inernational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Milli Məclisdə səslənən fikriləri əsassız sayır.

Təşkilatın məlumatında bildirilir ki, KİV-də müzakirə olunan və bəzi millət vəkilləri tərəfindən ciddi tənqid ilə qarşılanan hesabatla bağlı onu demək istəyirik ki, sənəd hazırlanarkən çoxsaylı mənbələrə istinad olunmuşdur.

“Hesabatın hazırlandığı dövrdə Milli Məclisin rəhbərliyinə sənəddə qoyulan suallara cavab almaq üçün müraciətlər ünvanlanmışdır. Təəssüf ki, 2013-cü ilin sentyabr və noyabr aylarında bu məqsədlə parlamentə iki sorğu göndərilsə də, suallara cavab verilməyib. Bununla belə təşkilat olaraq bildiririk ki, hesabat subyektivlikdən kənar və bu sahədə çalışan yerli və əcnəbi ekspertlərdən toplanan fikirlər əsasında hazırlanıb.

Bildirmək istərdik ki, müzakirəyə çıxarılan hesabat yekun variant olmadığından Milli Məclis tərəfindən təşkilatımıza göndəriləcək əsaslandırılmış rəyi də qiymətləndirmə zamanı nəzərə almağa hazırıq.

Nəhayət, bu gün, 2 may 2014-cü il tarixində Milli Məclisin iclasında bir sıra millət vəkilləri tərəfindən, “Şəffalıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi və onun icraçı direktoru Rəna Səfərəliyevanın haqqında şayiələrə əsaslanaraq səsləndirilən fikirləri təəssüflə qarşılayır və hesabatın məğzi ilə bağlı olmayan, əvəzində Rəna xanımın şəxsinə yönəlmiş bu ittihamların əsassız olduğunu xüsusi həssaslıqla vurğulamaq istəyirik”, məlumatda qeyd edilir.

Transparency Inernational təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Şərq regionu üzrə Avropa Qonşuluq Siyasətində “Milli Davranış Sisteminin qiymətləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və müstəqil ekspertlərlə birgə bu sahədə mövcud vəziyyəti araşdırmaq və əldə edilən məlumatlar əsasında mövcud durumun qiymətləndirilməsi, qanunvericilikdə və praktikada problemlərin aşkarlanması və həlli yolunda tövsiyələrin irəli sürülməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG