Accessibility links

Milli Şuranın 18 avqust mitinqi başa çatdı [VİDEOLAR - FOTOLAR]


Milli Şuranın ilk mitinqi
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Milli Şuranın ilk mitinqi

Mitinqdə minlərlə insan iştirak edib

19:35/ 18 avqust / Bakı

MİTİNQİN QƏTNAMƏSİ
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi təşkil etdiyi ilk mitinq qətnamənin oxunması ilə başa çatdı.

Mitinqin qətnaməsi oxundu
please wait

No media source currently available

0:00 0:00:54 0:00


Gənclər şüar səsləndirir
please wait

No media source currently available

0:00 0:00:45 0:00


---------------------------------------------------------------------------------------------------
19:30

ƏLİ KƏRİMLİ ÇIXIŞ ETDİ
AXCP sədri Əli Kərimli çıxış edərək apardıqları mübarizənin qeyri-zorakı olduğunu bildirib: "Ən ali dəyərlər naminə belə biz ölkəmizdə qarşılıqlı zorakılığın olmasını istəmirik. Biz buna yol verməyəcəyik". Çıxış yolunu dinc mübarizədə gördüyünü deyən cənab Kərimli dünyada onlarla xalqın bu yoll azadlığına qovuşduğunu bildirib.

Əli Kərimlinin 18 avqust mitinqində çıxışından
please wait

No media source currently available

0:00 0:00:54 0:00
---------------------------------------------------------------------------------------
19:20

GƏNCLƏRDƏN HƏMFİKİRLƏRİNƏ DƏSTƏK

Gənclər həbs olunan həmfikirlərinin həbsinə etiraz edərək "İlham, gənclərdən əllərini çək!" şüarı səsləndirirlər.

Gənclər "İlham gənclərdən əllərini çək!" şüarı səsləndirərlən
please wait

No media source currently available

0:00 0:00:35 0:00


-----------------------------------------------------------------------------------------------
18:55

İŞIQLAR SÖNÜB

Mitinqdə Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli Azərbaycan prezidenti İlham Əliyevi tənqid edən zaman işıqlar bir neçə dəfə söndürülüb. Hazırda da mitinq elektrik enerjisi olmadan davam edir.
--------------------------------------------------------------------------------------------------
18:45


"İki dəfə bəsdir, getmək vaxtı gəldi"
Mitinq iştirakçıları şüarlar səsləndirirlər. Şuarlar arasında ən çox eşidiləni budur: "İki dəfə bəsdir, getmək vaxtı gəldi"

Aksiya iştirakçıları
please wait

No media source currently available

0:00 0:00:54 0:00


---------------------------------------------------------------------------
18:20


ELDAR NAMAZOV ÇIXIŞ ETDİ
Mitinqdə çıxış edən Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov mitinq iştirakçılarını əmin edib ki, Milli Şura bütün hallarda seçkilərə vahid namizədlə gedəcək.

Eldar Namazov: "Əmin olun ki, Milli Şura bir olacaq, seçkilərə bir yerdə gedəcəyik!"
please wait

No media source currently available

0:00 0:00:54 0:00

----------------------------------------------------------------------------
18:00

İSA QƏMBƏR ÇIXIŞ ETDİ
Mitinq zamanı çıxış edən Müsavat başqanı İsa Qəmbər onun adını çağıran tərəfdarlarına isttinadən bildirib: "Burada ayrı-ayrı adları çağırmağa ehtiyac yoxdur. Əgər ada ehtiyac varsa, biz bu gün burada yalnız Rüstəm müəllimin adını çəkməliyik. Bu gün Azərbaycan demokratik düşərgəsinin, Azərbaycan Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovdur. Biz onun seçkidə iştirak etmək şansını son günədək gözlüyəcəyik, bu şansın reallaşması üçün sizlərlə, bütün xalqımızla bir yerdə qələbə üçün çalışacağıq".

İsa Qəmbərin 18 avqust mitinqində çıxışından
please wait

No media source currently available

0:00 0:00:54 0:00

----------------------------------------------------------------------------
17:35

MİTİNQDƏN ÖNCƏ ƏLİ KƏRİMLİNİN AMERİKANIN SƏSİNƏ AÇIQLAMASI
Mitinq başlayana yaxın Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə açıqlama verib. Cənab Kərimlinin sözlərinə görə, hər bir mitinq xalq iradəsinin ifadəsidir: "Azərbaycan həkuməti də gərək bu iradə ilə hesablaşsın. Mitinqin əsas tələbi də azad və ədalətli seçkilərin keçirilməsidir". Əli Kərimli açıqlama zamanı Milli Şuranının sədri Rüstəm İbrahimbəyovun Bakıya nə zaman gələcəyi barədə suala cavab verib.

Əli Kərimlinin Amerikanın Səsinə açıqlaması [18 avqust mitinqi]
please wait

No media source currently available

0:00 0:00:51 0:00

--------------------------------------------------------------------------------------
17:20


"Mitinqə gələn insanların avtobusları dayandırıb və onların mitinqə gəlməsinə problemlər yaradılır"
Hazırda meydanda olan Amerikanın Səsinin müxbiri Tapdıq Fərhadoğlunun bildirdiyinə görə, meydançaya minlərlə insan toplaşmaqdadır. Qaldırılan şüarlar arasında "Siyasi məhbuslara azadlıq", "Azadlıq" kimi şüarlara rast gəlmək olar. Mitinqdə iştirak edən N!DA vətəndaş hərəkatı təmsilçiləri sə qurumun həbsdə olan bütün üzvlərinin şəkillərini qaldırıb.

Mitinqin rəsmi hissəsi hələlik başlamayıb. Aparıcı hazırda elan edir ki, mitinqə gələn insanların avtobusları dayandırıb və onların mitinqə gəlməsinə problemlər yaradılır. Aparıcı elan edir ki, bu səbəbdən mitinq bir az gecikir.

Milli Şuranın 18 avqust mitinqindən görüntülər
please wait

No media source currently available

0:00 0:00:52 0:00


--------------------------------------------------------------------------------------
16:50 / 18 avqust 2013 / Bakı


MİLLİ ŞURA MİİTİNQƏ HAZIRLAŞIR
Milli Şuranın yerli vaxtla saat 17:00-da keçiriləcək Bakının Bayıl qəsələbəsindəki sürücülük məktəbinin meydançasında mitinqi başlamaq üzrədir. Artıq insanlar meydançaya toplaşmaqdadır. Bakı Şəhər İcra Hakimiyyətinin keçirilməsinə razılıq verdiyi bu mitinq 20:00-dək davam etməlidir. Meydanda vəziyyəti əks etdirən fotoları təqdim edirik.

Milli Şuranın 18 avqust mitinqindən
Milli Şuranın 18 avqust mitinqindən


Milli Şuranın 18 avqust mitinqindən
Milli Şuranın 18 avqust mitinqindən



Milli Şuranın 18 avqust mitinqindən
Milli Şuranın 18 avqust mitinqindən

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG