Accessibility links

Milli telekanallarda xarici serialların yayımı dayandırılıb


MTRŞ-nin sədri deyib ki, xarici teleseriallar milli seriallarla əvəz olunmalıdır.

Mayın 1-dən Azərbaycanın milli telekanallarında xarici serialların yayımı dayandırılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrrəmli Amerikanın Səsi radiosuna bildirib ki, Azərbaycan televiziyalarında xarici teleseriallar milli seriallarla əvəz olunmalıdır. “Bunun üçün bir il qabaqdan televiziyalara xəbərdarlıq edilib, milli teleserialların çəkilişi üçün vəsait ayrılıb. Hesab edirəm ki, artıq əksər televiziyalar buna hazırdır”,- o qeyd edib.
MTRŞ sədri hesab edir ki, yerli yayım stimullaşdırılmalıdır: “Yerli teleserialların istehsalı yaradılmalıdır. Bunun üçün Azərbaycan ədiblərinin rəqabətə dözümlü əsərləri var və yeniləri yaradılmalıdır. Yerli istehsalın başlaması yeni əsərlərin yazılması ilə yanaşı çoxsaylı yeni iş yerlərinin açılması da deməkdir”, - o vurğulayıb.

Cənab Nuşirəvanlı ölkə vətəndaşlarının çoxsaylı kabel televiziyaları və peyk antenləri vasitəsi istənilən televiziyada seriallara baxmaq imkanının olduğunu xatırladıb. “Azərbaycanda insanlar minlərlə televiziya kanallarına baxmaq imkanına malikdir. Kim hansı ölkənin serialına baxmaq istəyirsə, həmin ölkənin televiziyasına kabel televiziyaları və ya peyk antenləri vasitəsi ilə baxır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG