Accessibility links

ABŞ-ın Milli Yayım Şurasının Xədicə İsmayılovanın azad edilməsilə bağlı bəyanatı


ABŞ-ın Milli Yayım Şurasının sədri Ceff Şell Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılovanın azad edilməsilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Bu gün korrupsiya ilə bağlı araşdırmalarına görə vicdansız və qəbuledilməz həbs cəzası çəkən Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın Bakıda həbsxanadan azad olunması xəbərindən məmnunluq duyuram. Azəbaycan Ali Məhkəməsi onu həbs cəzasının dəyişdirilməsi ilə bağlı düzgün addım atıb. Lakin mən rəsmiləri onun adının tamamilə təmizlənməsi və onun azadlığı üçün bütün şərtlərin aradan qaldırılmasına çağırıram.”

Milli Yayım Şurasının sədri Azadlıq Radiosunun Bakı bürosunun yenidən açılması və jurnalistlərin təqiblərinə son qoyulmasına çağırıb.

“Mən həm də rəsmiləri Azadlıq Radiosunun Bakıdakı bürosunun yenidən açılmasına imkan verməyə və Azadlıq Radiosunun jurnalistlərinin ölkədə təqibinə son qoymağa çağırıram.”

Milli Yayım Şurasının sədri Xədicə İsmayılovanın azad edilməsini Azərbaycanda söz azadlığının təmin edilməsində mühüm rol oynadığını bildirib.

“Bu gün böyük bir gündür, amma bu, Azərbaycanda söz azadlığının təmin edilməsi uğrunda uzun bir mübarizədə yalnız bir addımdır. Biz azadlıq və demokratiyanın müdafiə edilməsi naminə Azərbaycan xalqının məlumatlandırılması, iştirakı və əlaqələrin yaradılması işinə sadiq qalırıq və bugünkü kimi mətbuat azadlığının təntənə edildiyi daha çox qələbə görəcəyimizi gözləyirik.”

XS
SM
MD
LG