Demokratik Qüvvələrin Milli Şurası noyabrın 10-da "Bakıda İnşaatçılar metro stansiyası yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin oktyabrın 30-da keçirilən iclası bu barədə qərar qəbul edib.
Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndəriləcək.
"Noyabrın 10-da keçiriləcək mitinqdə siyasi məhbuslara azadlıq, insan haqları sahəsindəki pozuntular, insanların sosial durumu ilə bağlı problemlər gündəmə gətiriləcək”, Həsənli qeyd edib.
Milli Şura bundan öncə oktyabrın 12-də eyni tələblə mitinq keçirib.