Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinqini mayın 24-nə (saat 15:00, “Məhsul” stadionuna) təyin edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
“Siz talan və yalanı davam etdirməkdən yorulmursunuzsa, biz də “Talana son!” deməkdən yorulmayacağıq”, deyə o hökumətə mesaj ünvanlayıb.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 17-də mitinq keçirməsinə icazə verməyib. Meriya mitinqin mayın 16-da keçirilməsinə icazə verib. Bunu isə Milli Şura qəbul etməyib.