Accessibility links

Viskonsində nifrət zəminində turşu hücumu


Prokurorlar keçən həftə ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində bir ağdərili amerikalının nifrət zəminində ispan mənşəli şəxsə turşu hücumu ittiham irəli sürüb.

Ehtiyatsızliq itihamı irəli sürülən Klifton Blakvelə nifrət zəminində təhlükəli silahdan hücum ittihamı da əlavə olunarsa, onu 25 il həbs cəzası gözləyir.

Peruda anadan olmuş, Birləşmiş Ştatlar vətəndaşı Mahud Villalaz restoranın qarşısında hücuma məruz qalaraq üzündə ikinci dərəcəli yanıq alıb.

Hadisə ilə bağlı video-görüntüdə Villalazın şübhəlinin onula avtomobil parkınqdə mübahisəyə başladığı və ona Birləşmiş Ştatlarda qeyri-qanuni yaşadığını, ona “mənim ölkəmə təcavüz etmisən” dediyinı görmək olub.

Villalaz mübahisə zamanı onların bir-birinə bir neçə ədəbsiz söz işlətdiklərini və o, Blakvellə irqçi dedikdən sonra Blakvellin onun üzünə turşu atdığını deyib.

Villalaz üzünü yumaq üçün restorana girib.

Polis Blakvellin evində kükürd turşusu da daxil olmaqla, müxtəlif kimyəvi maddələr aşkar edildiyini bildirib.

Çərşənbə günü ilk məhkəmədə Blakvell üçün 20 min dollar zamin tələb edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG