Accessibility links

Milyarder Ceff Bezos kosmosa səyahət edib


Milyarder Ceff Bezos kosmosa səyahət edib
please wait

No media source currently available

0:00 0:02:30 0:00

“Blue Origin” fəza şirkəti və “Amazon”un təsisçisi Ceff Bezos çərşənbə axşamı kosmosa uçdu. Onunla birlikdə fəzaya gedən ən yaşlı və ən gənc insan da kosmosa çıxdı. Bezosdan öncə isə ötən həftə “Virgin Galactic” şirkətinin sahibi Riçard Branson suborbital kosmik uçuş həyata keçirmişdi.

Və onlar geri qayıtdı. Dünyanın ən zəngin insanı Ceff Bezos, kosmosdakı ən yaşlı insan Mari Vallas “Uolli” Fank və ən gənc insan 18 yaşlı Oliver Daemenin iştirakı ilə tarixi suborbital kosmik uçuş uğurla başa çatdı.

“Blue Origin”in təsisçisi Ceff Bezos, onun qardaşı və digər ekipaj üzvləri çərşənbə axşamı qərbi Texasdan havaya uçublar. Onları daşıyan New Shepard raketinə Amerikanın ilk astronavtının adı verilib. Raket Aya eniş edən Apollo 11 missiyasının 52-ci ildönümündə kosmosa uçub.

Təxminən 10 dəqiqə davam edən uçuşda Bezos və onun komandası 65 mil yüksəkliyə çıxıblar və üç dəqiqə boyunca çəkisizlik şəraitində qalıblar.

“Mənim üçün ən dərin məqam mənim Yer kürəsinə və Yer kürəsinin atmosferinə baxmağım oldu. Hər bir astronavt, fəzada olan hər kəs bunu deyir ki, bu təcrübə onları dəyişir və Yer kürəsinə baxıb, onun gözəlliyi, eyni zamanda isə ooun kövrəkliyini görmək onları valeh edir,” “Blue Origin”in təsisçisi Ceff Bezos bildirib.

“Əzizim, mən sənə təşəkkür etmək istəyirəm, çünki sən bunu mənin üçün gerçəkləşdirdin. Mən uzun zamandır nəhayət fəzaya çıxamğı gözləyirdim,” aviasiya pioneri Mari Vallas “Uolli” Fank bildirib.

Bezosun kosmosa uçuşundan bir həftə öncə isə “Virgin Galactic” şirkətinin milyarder sahibi Riçard Branson suborbital uçuş həyata keçirib.

“Mən bir zamanlar ulduzlara baxıb, xəyalı olan bir uşaq idim. İndi mən kosmik gəmidən bizim gözəl Yer kürəmizə baxan yetkin bir insanam. Xəyalları olan gələcək nəsilə səslənirəm: əgər biz bunu edə bidiksə, görün siz nələr edə bilərsiniz,” “Virgin Galactic”in təsisçisi Riçard Branson bildirib.

Bəziləri bu uçuşları tənqid edərək, onların zənginlər üçün əyləncə olduğunu deyirlər. Lakin uçuşdan öncə Bezos bunun arxasında bir məqsədin olduğunu deyib.

“Biz kosmos yol düzəltmək istəyirik ki, bizdə təcrübə yaransa və yenidən istIfadə olunan kosmik gəmiləri təkmilləşdirsək, gələcək nəsillər, bəlkə də Oliver və onun nəslindəki insanlar kosmosda gözəl işlər görə bilsinlər,” o bildirib.

Bir çox təhlilçi deyir ki, kommersiya məqsədli kosmik araşdırma şirkətləri arasındakı rəqabət fəzaya uçmaq xərclərini azaldır. Onlar deyir ki, nəticədə bu, elmi təqdiqata təkan verir və kosmik araşdırmanı genişləndirir.

XS
SM
MD
LG