Accessibility links

Milyarder Riçard Branson kosmik məkana qısamüddətli uçuşdan sonra Yerə qayıdıb


Virgin Galactic şirkətinin rəhbəri, milyarder Riçard Branson bazar günü raketlə kosmos məkanına uğurlu uçuşdan sonra Yerə qayıdıb.

71 yaşlı Branson və Virgin Galactic şirkətinin beş əməkdaşı uçuşu birlikdə həyata keçirib. Uçuş Nyu Meksiko səhrasının üzərində 85 kilometr yüksəklikdə baş tutub. Üç-dörd dəqiqə çəkisizlik şəraitində qaldıqdan sonra komanda uğurla Yerə qayıdıb.

"Hər şey sadəcə əsrarəngiz idi" - deyə, Branson Yerə qayıtdıqdan sonra bildirib.

Kosmik məkana və qısa müddətdən sonra Yerə geri həyata keçirilən uçuş cəmi 15 dəqiqə çəkib.

Digər bir milyarder, Amazonun təsisçisi Ceff Bezos da kosmosa uçuş həyata keçirməyi planlaşdırır. Branson Bezosu doqquz gün qabaqlayıb.

Bezos Bransona təbirklərini göndərərək bildirib ki, "uçuşu səbirsizliklə gözləyirəm".

Bransonun uçuşunu ailəsi də daxil olmaqla 500 nəfər izləyib. Uçuş Unity adlı kosmik aparat vasitəsi ilə həyata keçirilib. Unity əvvəlcə ikigövdəli böyük təyyarə vasitəsi ilə havaya qaldırılıb. Təxminən 13 kilometr hündürlükdə təyyarədən ayrıldıqdan sonra Unity-nin mühərriki işə düşüb və səs sürətindən üç dəfə iti hərəkət edərək kosmosa qalxıb.

Tamaşaçılar raket-təyyarə yerə qayıdıb uğurlu şəkildə eniş etdikdən sonra alqışlayaraq qucaqlaşıblar. Branson yerə endikdən sonra ilk olaraq ailəsi və nəvələri ilə qucaqlaşıb.

Virgin Galactic şirkətinin yüksək səviyyəli icraçı direktoru Mike Moses Unity-nin içindəki video-görüntünün ara-bir itməsi xaricində uçuşun mükəmməl keçdiyini və gəminin problemsiz olduğunu bildirib.

Virgin Galactic bundan əvvəl iki-üç dəfə kosmosa test uçuşları həyata keçirib.

Uçuşdan əvvəl Bransonun ən xarizmatik rəqibi, Space X-in qurucusu Elon Mask da izləmək üçün Nyu-Meksikoya gəlib. O, Bransonu "gözəl uçuş" üçün təbrik edib.

Kosmik turizmi hədəfləyin Virgin Galactic artıq səfərlər üçün indidən 600 sifarişə sahibdir. Biletlərin qiyməti isə 250 min dollardır.

Virgin Galactic Maskın Space X-i və Bezosun Blue Origin şirkətindən fəqrli olaraq kosmosa uçuşları yerdən qalxan raketlər vasitəsi ilə deyil, kosmik gəminin təyyarə vasitəsi ilə havaya qaldırıldıqdan sonra ayrılaraq müstəqil şəkildə uçması ilə həyata keçirir.

Bu da şirkətə təyyarə və kosmik gəmidən dəfələrlə istifadə etməyə imkan verir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG