Accessibility links

10 milyon əfqanın humanitar yardıma ehtiyacı var


Beynəlxalq yardım agentliyi son zamanlar baş qaldıran quraqlıq və daşqınlar səbəbindən təqribən Əfqanıstanda 10 milyon insanın, yəni ölkə əhalisinin dörddə bir hissəsindən çoxunun kəskin ərzaq çatışmazlığı ilə qarşılaşdığı barədə xəbərdarlıq edir.

Ekstemal hava şəraiti, güclü yağışlar və sulu qar Əfqanıstanın doqquz vilayətini sellərə qərq edib.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) cümə axşamı verdiyi məlumata görə, üç il davam edən quraqlıq əkinçiliyə böyük təsir göstərərək iqtisadi məhrumiyyətlərə, aclıq və itkilərə səbəb olmub, 266,000 nəfərin evlərinı tərk etməyə məcbur edib.

Mart ayındakı ekstemal hava şəraiti, güclü yağışlar və sulu qar Əfqanıstanın doqquz vilayətini sellərə qərq edib. Fəlakət 63 nəfərin ölümünə, 281 min nəfərinsə bərbad şəraitli düşərgələrə köçürülməsinə səbəb olub.

Agentlik iqlim dəyişikliyi səbəbindən temperaturun çox yüksək olmasının da əfqanların vəziyyətini ağırlaşdırdığını deyir. Belə ki, istilər quraqlıqlara səbəb olduğu kimi, qarların sürətlə əriməsinə və yağışların artmasına, bunların da sellər və daşqınlarla nəticələnməsinə səbəb olur.

Yardım işçiləri Əfqanıstanın bir çox bölgələrində insanların təmiz suya, tibbi xidmətə və sanitariyaya ehtiyacları olduğunu, bunun isə qida çatışmazlığı probleminin yaranmasına səbəb olduğunu deyirlər.

Birləşmiş Ştatlar bu həftə də ərzaq yardımı, qida və gigiyena dəstləri, içməli su, ayaqyollarının salınması və Əfqanıstanın ən çox xəsarət alan bölgələrdəki əhaliyə yardım məqsədilə əlavə $61 milyon dollarlıq humanitar yardım elan edib.

2018-ci ildən bəri Birləşmiş Ştatlar böhrana məruz qalan Əfqanıstana ən böyük humanitar yardım - $293 milyon dollar məbləğində maliyyə yardımı göndərib. Vaşinqton eləcə də Talibanla münaqişəyə siyasi bir həll yolu tapmaq üçün bu yaxınlarda diplomatik səylərini gücləndirib.

Əfqanlar 18 ildir davam edənm və rekord sayda insan ölümünə və şikəst olmasına, on minlərlə insanın yaşadığı yerlərdən didərgin düşməsinə səbəb olan müharibənin ağırlığını daşımaqda davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG