Accessibility links

Milyoner pişik


Milyoner pişik
please wait
Embed

No media source currently available

0:00 0:03:25 0:00

Milyoner biznesmen Varisiri Metaçittipan hekayəsi uğurlu olan bir mühacirdir. Bütün taylandlı tələbələr kimi o da Birləşmiş Ştatlara trəhsil almaq və təcrübə toplamaq ümidi ilə gəlib. Sonra o, Kaliforniyadakı sığınacaqdan Nala adlı 5 aylıq pişik balasını götürüb. Sonra baş verənlər isə internetin sehiridir.

Nala qutuları sevir. O, qutularla oynamağı sevsə də, qapının yalnış tərəfində olmaqdan xoşu gəlmir.

Belə baxanda o, adi pişikdir. Lakin bu belə deyil. O, internetdə ən məşhur pişikdir. Onun 4 milyondan çox izləyicisi var və pəncələrinin altında milyonlarla dollar yatır.

Nalanın belə məşhur olması onun sahibinin həyatını tamamilə dəyişib. ABŞ-da taylandlı tələbədən milyonçu qadın iş adamına çevrilməsi sosial mediada bir uğurlu hekayəsidir. Nalanın sahibi Varisiri Metaçittipan: “Mən pişiyimin milyonlarla izləyicisi olacağını düşünməzdim. Bu işi 5 il görə biləcəyim ağlıma gəlməzdi.”

Puki adı ilə tanınan Varisiri Metaçittipan heyvanlar üçün sığınacağına gələndə Los Ancelesdə Kaliforniya universitetinin 23 yaşlı tələbəsi idi. “Mənim heyvan götürmək fikrim yox idi. Lakin Nalanı qəfəsdə gördüm və o, çox cazlbədar görünürdü. Mən onula aramızda bir əlaqə hiss etdim. Onu əlimə alanda o mənim üzümü, burnumu yalamağa başladı. Mən onu götürmək qərarına gəldim.”

Puki Siam və Tabbi cinslərinin qarışığı olan bu pişiyə verdiyi Nala adını “Aslan Kral” cizgi filmindən götürüb. 2012-ci ildə o, Nala üçün Instagram-da səhifə açaraq, onun bir neçə şəklini paylaşıb. “Mən nə qədər izləyici toplaya biləcəyimi yoxlamaq istəyirdim. Mən Nalanın səhifəsində işləməyi davam etdim. Elə gün olmurdu ki, mən Nala haqda nə isə dərc etməyim. Onun pərəstişkarları getdikcə artırdı.”

Bir ildə Nalanın izləyiciləri 700 minə çatdı. Bundan sonra şirkətlər Nalanın onların istehsal etdiyi məhsulları reklam etdirməsi üçün Pukiyə pul köçürməyə başladı. Nalanın pərəstişkar bazasını genişləndirmək və məşhur şirkətlərlə işləmək universiteti bitirdikdən sonra Pokinin əsas işinə çevrildi. “Mənim ailəm geri, evimizə dönməmi istəyirdi, Atam mənə bir gün belə dedi: Sən yalnız pişiklə nə edə bilərsən?”

Nala ilə gəlir az olurdu. O, ilk reklama görə 300 dollar almışdı. Hazırda isə bəzi şirkətlər bir neçə şəklin reklamı üçün 1500 dollar verir.

9 yaşı pişik Pukiyə avtomobil və Kaliforniyada iki ev almaq, Hollivudda Oskara nominasiya edilmiş filmin premyerasına tamaşa etmək və bəzi şoularda iştirak etmək imkanı yaradıb.

Sentyabr ayında bu pişik 32 yaşlı Pukini pişik yemləri şirkətinin icraedici dikertoru etdi. Heyvanlar üçün yemlər hazırlayan digər şirkətlərlə rəqabət aparmaq üçün brendin adının qorunması çox vacibdir.

Puki isə narahat olmadığını deyir, çünki hazırda onun izləyiciləri artmaqda davam edir.

Nala qutuda oturmaq, bağlı qapıları itələməklə iş gününü başa vurur və gözəl həyatını yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG