Accessibility links

Milyonlarla insan Pasxa bayramını bu il də karantin şəraitində qeyd edir


Romada San Lorenzo in Luçina kilsəsində məhdud sayda insanın iştirakı ilə Pasxa mərasimi keçirilir.

Dünya boyu milyonlarla insan Pasxa həftə sonunu vaksinasiya kampaniyalarının davam etməsinə baxmayaraq, koronavirusa yoluxmaların artmasına görə yeni məhdudiyyətlər və karantinin tətbiq edildiyi şəraitdə keçirir.

ABŞ-da 100 milyondan çox insanın ən azı vaksinin bir dozasını aldığı vaxt bəzi ştatlarda kilsələr Pasxa günü dini ibadət üçün açıqdır.

Şənbə günü Vatikanda Müqəddəs Pyotr Bazilikasında Pasxa münasibətilə məhdud sayda insanın iştirakı ilə keçirilən mərasimdə Papa Fransis möminləri pandemiyanın “qaranlıq aylarında” ümidlərini itirməməyə çağırıb.

İtaliyada rəmilər şənbə günü ölkə boyu üç gün müddətində ciddi karantin tətbiq edildiyini elan edərək, ikinci ildir Vatikanda Müqəddəs Pyotr meydanında insanların toplaşmasının qarşısını alıb.

Roma Papası Fransis Vatikanda Müqəddəs Pyotr Bazilikasında Pasxa münasibətilə “Urbi et Orbi” (“Şəhərə və Yer kürəsinə”) xeyir-duasını oxuyur, 4 aprel, 2021.
Roma Papası Fransis Vatikanda Müqəddəs Pyotr Bazilikasında Pasxa münasibətilə “Urbi et Orbi” (“Şəhərə və Yer kürəsinə”) xeyir-duasını oxuyur, 4 aprel, 2021.

Fransada bazar günü yeni təcrid tədbirləri qüvvəyə minir. Ölkədə koronavirusun yeni variantının sürətlə yayılması xəstəxanalarda reanimasiya şöbələrinin dolmasına səbəb olub. Belçika və Avropanın digər ölkələrində də yeni məhdudiyyətlər tətbiq edilib.

Atlantik okeanın o biri tayında, Kanadanın Ontario əyalətində şənbə günündən üçüncü karantin tətbiq edilməyə başlayıb. Məhdudiyyətlər koronavirusun yeni, daha təhlükəli mutasiyalarının yayılması və xəstəxanaya düşən xəstələrin sayının artması səbəbi ilə 28 gün qüvvədə olacaq. Britaniya Kolumbiyası və Kvebek əyalətlərində də yeni məhdudiyyətlər tətbiq edilib.

Braziliya dünyada pandemiyanın ən ciddi epidemiyası davam edir – ölkədə koronavirusun aşkarlanan daha yoluxucu variantının sürətlə yayılması digər Latın Amerikası ölkələrində narahatlıq yaradır. Boliviya Braziliya ilə sərhədlərini, Çili, Ekvador və Peru isə bütünlüklə sərhədlərini bağlayıb.

COVİD-19-un yayılmasının qarşısının alınması məqsədilə vaksinasiya kampaniyasının davam etdiyi bir vaxt ABŞ cümə günü 100 milyon insanın vaksinasiya olunduğu ilk ölkə olduğunu elan edib. Bu açıqlama Bayden administrasiyasının 100 milyon peyvənd tətbiq edilməsi kimi hədəfinə çatmasından bir həftədən sonra verilib. Eyni zamanda, ABŞ-ın bəzi bölgələrində COVİD-19-a yoluxmalar artmaqda davam edir.

Cons Hopkins Universitetinin verdiyi məlumata görə, dünya boyu COVİD-19-a 130 milyondan çox yoluxma halı təsdiq edilib. Pandemiya 2,8 milyon insanın ölümünə səbəb olub. ABŞ 30,6 milyon yoluxma sayı ilə dünyada birinci, Braziliya 12,9 milyon yoluxma halı ilə ikinci, Hindistan isə 12,3 milyon yoluxma halı ilə üçüncü yerdədir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG