Accessibility links

Münaqişə bölgələrində minlərlə mülki vətəndaş mina partlayışları səbəbindən ölür


Cümə axşamı açıqlanan hesabatda deyilib ki, keçən il əsasən Əfqanıstan, Hindistan, Pakistan, Myanma, Nigeriya və Yəmən olmaqla, münaqişə bölgələrində təxminən 7 min insan minalar və partlayıcı qurğular səbəbindən ölən və ya yaralanan mülki vətəndaşlardır.

`Landmine Monitor` bu hesabatında mina və buna bənzər qurğuların istehsalı, ticarəti və yığılması siyasətindəki inkişaflarından danışıb. 2018-2019-cu illəri əhatə edən 21-ci hesabatda 164 üzvü olan qurum 1997-ci ildə əldə edilən minaların yasaqlanması sazişinin həyata tətəbiqini araşdırıb. Saziş fəallar tərəfindən silahsızlaşma və humanitar səyləri nəzərdə tutan ən uğurlu sənəd hesab edilir.

Hesabatda son 20 ildə bu razılığı yalnız bir ölkə pozub ki, bu da 2012-ci ildə Yəmən olub. Bu il isə piyadalar əleyhinə minalardan razılaşmanın üzvü olmayan Myanma istifadə edib.

Sazişə riayət itki sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub və 1999-cu ildə 20 min olduğu halda hər il bir neçə min azalıb.

Lakin hesabatda üsyançı qüvvələr tərəfindən əldəqayırma minalar və partlayıcı qurğuların istifadəsinə görə itki sayının yenidən artdığı qeyd edilib.

Human Rights Watch təşkilatının direktoru Stefen Quz Amerikanın Səsinə müsahibəsində ölüm və yaralanmaların əksəriyyətinə Suriya və İraqdakı döyüşçülərin, Əfqanıstandakı Talibanın və Yəməndəki Husi üsyançılarının cavabdeh olduğunu deyib.

"İŞİD-in gücünün azalması ilə yaxın vaxtlarda bu kimi hadisələrin olmayacağı ehtimalını artırır" - deyə, Quz bildirib. "Və çox ümid edirik ki, Talibanla danışıqlarda uğur olsa, minalara qadağa da müqavilənin bir hissəsi olacaq" - deyə, o əlavə edib.

Stefen Quz Əfqanıstan hökumətinın `Minalara qadağa` müqaviləsinin bir hissəsi olduğunu və bir daha piyadalara qarşı minalardan istifadə etməməyi öhdəsinə götürdüyünü deyib. O, Talibanın da minalardan istifadə etməyəcəyinə söz verdiyini və təəssüflər olsun ki, bu yaraqlı qrupun verdiyi sözə əməl etmədiyini deyib.

`Landmine Monitor` keçən il minalar səbəbindən öldürülən və ya xəsarət alanların təxminən 70-dən 80 faizə qədərinin mülki vətəndaşlar və qurbanların yarısının uşaqlar olduğunu deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG