Accessibility links

Qarabağda mina partlayışı nəticəsində Azərbaycan polkovniki həlak olub, beş nəfər yaralanıb


Rusiya sülhməramlı qüvvələrinin bir zabiti və Dağlıq Qarabağ “Fövqəladə Hallar Xidməti”nin dörd əməkdaşının yaralandığı bildirilir

Noyabrın 23-də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlar zamanı həlak olan hərbiçilərin cəsədlərinin axtarışı zamanı mina partlaması nəticəsində bir hərbiçi həlak olub, azı beş nəfər yaralanıb.

TASS agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, hadisə Azərbaycanın bu ilin oktyabrında Ermənistan Silahlı Qüvvələrindən azad edilmiş Tərtər rayonunun Madagiz qəsəbəsi yaxınlığında baş verib.

“Mina partlayışı Rusiya sülhməramlılarının, Azərbaycan Silahlı Qüvvələrinin, Dağlıq Qarabağın “Fövqəladə Hallar Xidməti”nin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrindən ibarət həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi üçün birgə qrupun üzvlərinin cəsədləri axtarışı zamanı baş verib. Partlayış nəticəsində Azərbaycan Ordusunun polkovniki (Azərbaycan mediasının məlumatına görə həlak olan polkovnik Babək Səmidlidir-red.) həlak olub, Rusiya sülhməramlı qüvvələrinin bir zabiti və Dağlıq Qarabağ “Fövqəladə Hallar Xidməti”nin dörd əməkdaşı yaralanıb," məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, rus hərbiçisi Bakıdakı xəstəxanaya yerləşdirilib, lazımi tibbi yardım göstərilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya sülhməramlılarının komandanlığının təşəbbüsü ilə yaradılan münaqişə zamanı həlak olanların cəsədlərinin axtarışı və dəyişdirilməsi üzrə birgə qrup bir həftədən çoxdur səmərəli işləyir.

“Qrupun axtarışları nəticəsində çoxsaylı hərbiçilərin cəsədləri tapılaraq dəfn olunmaq üçün tərəflərə təhvil verilib,” nazirlik bildirir.

Azərbaycan və Ermənistan tərəfi hələ baş verən hadisə ilə bağlı münasibət bildirməyib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilib.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Sənədə görə, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur. Bu məqsədlə artıq birgə qrup yaradılıb.

Ekspertlərin təxmini hesablamalarına görə, münaqişə zonasında 50 mindən 100 minədək mina basdırılıb.

Son günlər mina partlaması nəticəsində Azərbaycanın bir hərbiçisi, bir mülki vətəndaşı həlak olub, mina təmizləmə agentliynin iki əməkdaşı və bir mülki vətəndaş isə ağır yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG