Accessibility links

Mindən çox veteran Trampı polkovnik-leytenant Vindmanı vəzifəsindən azad etdiyinə görə qınayıb


Polkovnik-leytenant Aleksandr Vindman Konqresin Nümayəndələr Palatasında dinləmələrdən sonra əkiz qardaşı Yevgeni Vindmanla Kapitolini tərk edir, 19 noyabr, 2020.

ABŞ hərbi qüvvələrinin bütün beş bölməsini təmsil edən 1100-dən çox veteran prezident Donald Trampı polkovnik-leytenant Aleksandr Vindmanı Milli Təhlükəsizlik Şurasında işdən çıxardığına görə tənqid edən bəyanat imzalayıb.

Vindmand Trampın noyabr ayında Konqresin Nümayəndələr Palatasında keçirilmiş impiçment dinləmələrində ifadə edib. O, ABŞ prezidentinin Ukraynanı prezident seçkilərində Demokrat namizəd Co Bayden haqda təhqiqat aparmağa təhrik etməsilə bağlı narahatlığını bildirib.

The Military Times qəzeti veteranların bəyanatını nəşr edib. Veteranlar başqalarını da bəyanata imza atmağa çağırıb.

Bəyanatda prezidentin Vindmana qarşı “hərəkətləri və təhqirlərinin belə görünür, siyasi qisasdan başqa motivi olmadığı və Ağ Evi bizim milli təhlükəsizliyimizi müdafiə etmək üçün lazım olan təcrübədən məhrum etdiyi” deyilir.

Ağ Ev veteranların bəyanatına hələ cavab verməyib.

Ukraynada anadan olub, ABŞ-a mühacirət etmiş polkovnik-leytenant Aleksandr Vindman üç həftə bundan əvvəl yeni vəzifəyə keçirilənə qədər Milli Təhlükəsizlik Şurasında Avropa şöbəsinin rəhbəri kimi çalışırdı.

Ağ Ev bildirib ki, Vindman işdən azad edilməyib və onun başqa vəzifəyə təyin olunmasının rəsmi səbəbini Milli Təhlükəsizlik Şurasında ixtisarlarla izah edib.

Bununla belə, Tramp Vindmanı məxfi informasiyanın ötürülməsi də daxil olmaqla, yaxşı işləmədiyinə və “çox sayda pis iş gördüyünə” görə açıq şəkildə ittiham edib. Vindman bu ittihamları rədd edib.

XS
SM
MD
LG