Accessibility links

İran Azərbaycanında 17 mədən işçisinə şallaq vurulması medianın gündəmində


Fəhlələr 2014-cü ildə işdən qovulduqlaqrı zaman etiraz aksiyası təşkil etmişdilər

2014-cü ildə İranın ikinci böyük qızıl mədəni olan Tikantəpənin Ağdərə mədənindən qovulmuş və işəgötürənin şikayəti ilə Qərbi Azərbaycan məhkəmələrində həbs, pul cəriməsi və şallaq cəzasına məhkum edilmiş 17 mədən işçisinin şallaq hökmünün keçən günlərdə icra edilməsinə insan haqları qruplarından geniş etiraz var.

17 fəhləyə 30 ilə 100 zərbə şallaq vurulmasına dair xəbər mayın 25-də İLNA (Iranian Labour News Agency) agentliyi tərəfindən nəşr edildikdən sonra mətbuat və insan haqları qruplarının geniş gündəmini təşkil edib.

İLNA agentliyi məlumatı fəhlələri məhkəmədə müdafiə edən vəkil Vəhid Yariyə istinadən yayıb.

İLNA-nın məlumatına istinadən, fəhlələr məhkəmədə “hay-küy və qışqırıqla xalqın iş və fəaliyyətinə mane olmaq”, “şirkətin gözətçisini təhqir etmək”, “şirkətin gözətçisini saxlayıb və geyiminə xəsarət vermək” və “şirkətin lövhəsini qəsdən təxrib etmək” ittihamları ilə günahlandırıblar.

Şallaq zərbələrinə məruz qalan 17 mədən işçisi 2014-cü il dekabrın 27-də 350 işçinin Ağdərə Mədənindən qovulmasına etiraz olaraq təşkil olunan aksiyaya qatılanlar arasında olublar. Həmin askiya zamanı etirazçılar arasından bir neçəsi intihara cəhd edib.

Tikantəpənin ZərşoranAğdərə mədənləri İranın ən böyük iki qızıl mədəni olmaqla yanaşı, Yaxın Şərqin də ən böyük qızıl mədənləri arasındadır.

Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab, amma əhalinin Tikantəpə adlandırdığı şəhərin sakinlərinin çoxu Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər “Əfşar Tikantəpə” adı ilə də tanınır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG