Accessibility links

Azərbaycanın ərazisində 81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib


Mine cleaning
Mine cleaning

Rəsmi məlumatlara görə, Azərbaycanın azad edilmiş ərazilərində 2020-ci ilin noyabrından 2022-ci il aprelin 14-dək ümumilikdə 81 128 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Zərərizləşdirilən mina və PHS-in 54 868 ədədi Azərbaycan istehkamçıları, 26 260 ədədi ermənilərin yaşadığı məntəqələrdə Rusiya istehkamçıları tərəfindən aşkar edilib.

Azərbaycanın azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və PHS-dən təmizləmə üzrə İşçi Qrupunun aprelin 14-də keçirilən iclasında bildirilib ki, Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanın azad edilmiş ərazilərində 2020-ci il noyabrın 10-dan 2022-ci il aprelin 14-dək 8 372.9 hektar ərazini təmizləyib, 30 572 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edərək zərərsizləşdirib.

Mine cleaning
Mine cleaning

Bununla yanaşı, Müdafiə Nazirliyi ümumilikdə 15 026 hektar ərazini mina və partlayıcı sursatlardan təmizləyib, 17 635 ədəd mina və PHS zərərsizləşdirib.

Fövqəladə Hallar Nazirliyi (FHN) bu il aprelin 13-dək ümumilikdə 1 014 872 kvadrat metr ərazini təmizləyib və 4097 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirib.

Dövlət Sərhəd Xidməti (DSX) 2020-ci ilin noyabrından 2022-ci il aprelin 13-dək 775 hektar ərazini təmizləyib, 3 102 ədəd mina və PHS) aşkar edərək zərərsizləşdirib.

Rəsmi məlumatlara görə, Ermənistan və Azərbaycan arasında 30 illik münaqişədə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra həmin ərazilərdə minaya düşmələri nəticəsində 25 mülki şəxs, 7 hərbi qulluqçu həlak olub, 98 hərbi qulluqçu, 45 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2 439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2 058 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Mine cleaning
Mine cleaning

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycanın ermənilər yaşayan ərazisində sülhməramlı missiya həyata keçirən Rusiya hərbçiləri tərəfindən 23 noyabr 2020-ci ildən 2022-ci il aprelin 14-dək ümumilikdə 2367,3 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 260 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Ekspertlərin qənatəincə, Azərbaycanın azad edilmiş ərazilərində yüz minlərlə mina var. Ekspertlər hesab edir ki, Azərbaycan ərazilərində minatəmizləmə işləri illərlə davam edəcək.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları 2021-ci ilin noyabrında Ermənistan-Azərbaycan münaqişəsində zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırdığını da elan edib.

Ümumilikdə Birləşmiş Ştatlar dünyada adi silahların məhvi sahəsində ən çox maliyyə yardımı ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasında istifadə olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG