Accessibility links

“Mingəçevir və Gəncə hadisələri nəticədir, səbəblər araşdırılmalıdır” [Videolar]


“Ədalət Naminə Həmrəylik” Komitəsi prezidentə müraciət qəbul edib

Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza, Gəncədə icra hakimiyyəti başçısına qarşı sui-qəsd, yüksək rütbəli polis zabitlərinin qətli nəticədir. Bu hadisələrin baş verməsinin səbəbləri araşdırılmalıdır. Ölkədə repressiyalar, işgəncələr dayandırılmalı, idarəetmə sturkturları ilə bağlı islahatlar aparılmalı, vətəndaş cəmiyyəti və azad medianın rolu artırılmalıdır.

İyulun 17-də “Ədalət Naminə Həmrəylik” Komitəsinin Helsinki Vətəndaş Assambleyasının ofisində Mingəçevir, Gəncə və Sumqayıtda baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında çıxışların əsas leytmotivi belə olub.

“Ədalət Naminə Həmrəylik” Komitəsi bu ilin iyununda bir qrup hüquq müdafiəçiləri, ictimai xadimlər, - Novella Cəfəroğlu, Arzu Adullayeva, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mühman Əliyev, Əvəz Zeynallı, Hilal Məmmədov, Elşən Həsənov, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl, Qubad İbadoğlu, Əvəz Həsənov, Elçin Məmməd, Aytəkin İmranlı tərəfindən təsis edilib.

Əvəz Zeynallı: "Sosial etirazlar öyrənilməli və nəzərə alınmalıdır" [Video]

Əvəz Zeynallı: Repressiyalar dayandırılmalıdır
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Bugünkü mətbuat konfransında hökumət Mingəçevirdə baş verən qəzanın, Gəncədə baş verənlərin obyektiv araşdırılmasına çağırılıb.

“Hökumət və hüquq mühafizə orqanlarının yaydığı məlumatlar insanları qane etmir. Mingəçevir İES-də qəzadan sonra qatarlar yolda qalıb, xəstəxanalarda, metroda alternativ enerji olmayıb. Bunların səbəbləri araşdırılmalıdır. Gəncə hadisələri ilə bağlı bir-birini təkzib edən məlumatlar yaydılar. Hadisələrin araşdırılması əvəzinə repressiya dalğası başlanılıb. Onlarla sosial şəbəkə istifadəçisi həbs edilib, cinayət işləri qaldırılıb, baş redaktorlar istintaqa çağırılıb, dörd sayt bloklanıb. Təsdiqlənməmiş məlumatlara görə xaricdə yaşayan iyirmiyədək soydaşımıza qarşı cinayət işi qaldırılıb. Gəncə hadisələrinə görə icra hakimiyyətinin fəaliyyəti araşdırılmalıdır. Amma, dini icmalar, xarici ölkələr, digər şəxslər günahlandırılır”, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı qeyd edib.

Onun firkincə, repressiyalar, kütləvi həbslər problemi həll edə bilməyəcək.

“Hər bir icra hakimiyyəti başçısı potensial Elmar Vəliyevdir. Biz Gəncədə icra hakimiyyəti başçısına sui qəsdi kriminal hadisə hesab edirik. Sui-qəsdi həyata keçirənin, güllə atanın qəhrəmanlaşdırılmasının da əleyhinəyik. Polis zabitlərinə rəhmət diləyirik. Amma hökumət də etirazlara repressiya dalğası ilə cavab verməməlidir. Sosial etirazlar öyrənilməli və nəzərə alınmalıdır. Ölkədə həmrəylik mühiti yaradılmalıdır”, Zeynallı qeyd edib.

Mehman Əliyev: "Dövlət informasiya sistemi iflic vəziyyətdədir"

Çıxışlarda dövlət informasiya sisteminin acınacaqlı durumu diqqət mərkəzində olub.

İndi ölkədə media siyasəti faktiki olaraq hüquq-mühafizə orqanlarına həvalə edilib.

“Dövlət informasiya sistemi iflic vəziyyətdədir. Artıq cəmiyyət üçün informasiyanın mənbəyi dövlət qurumları, media deyil, sosial şəbəkələrdədir. Sosial şəbəklər isə şayiələrin artmasına, yalan, qərəzli informasiyaların çoxalmasına səbəb olur. Hökumət problemi həll etmək əvəzinə sosial şəbəkə istifadəçilərini həbs etdirir. İndi ölkədə media siyasəti faktiki olaraq hüquq-mühafizə orqanlarına həvalə edilib. Bu, böhranı daha da dərinləşdirəcək. Elə isə, Prezident Administrasiyasında cavabdeh şəxslər və Mətbuat Şurası kimə lazımdır”, Turan agentliyinin direktoru Mehman Əliyev deyib.

Novella Cəfəroğlu: Prezident QHT-lərlə görüş keçirməlidir [Video]

Novella Cəfəroğlu: Beynəlxalq donorlar qaytarılmalıdır
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Hüquq müdafiəçiləri işsizliyin, narkomaniyanın bəlaya çevrildiyini diqqətə gətirib.

“Prezident vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüş keçirməlidir. Necə ki media nümayəndələri ilə görüşür. QHT-lərin problemləri həllini tapmalı, beynəlxalq QHT-lər, donorlar, Amerika institutları ölkəyə qaytarılmalıdır”, hüquq müdafiəçisi Novella Cəfəroğlunun dediklərinə “Bu görüşlər medianın problemini həll etdi? QHT-lər də jurnalistlər kimi mənzil almaq istəyir?” zaldan ironiya ilə replika atıblar.

Səadət Bənənyarlı: Bu cür qəbul olar?

Mətbuat konfransında yüksək vəzifəli dövlət məmurlarının qbulu ilə bağlı ciddi problemlərdən danışılıb.

“Çox zaman birinci şəxslər vətəndaşları qəbul etmir. Məmurların qəbulu üçün vətəndaşlar əvvəlcədən növbəyə yazılmalı, müraciətinin nə ilə bağlı olmasını deməlidir. Bu cür qəbul olar? Bakı şəhərində isə ümumiyyətlə qəbul keçirilmir”, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

Elşən Həsənov: “İşgəncə halları fəlakətli həddə çatıb"

Hüquq müdafiəçiləri son zamanlar repessiya faktalrının kütləvi xarakter aldığını bildirib.

“İşgəncə halları fəlakətli həddə çatıb. Bəzi hallarda hüquq mühafizə orqanlarının əməkdaşlarına sanki insanları döymək üçün lisenziya verilir. İşgəncə verənlər cəzalandırılmır. Ombudsman institutu, hökumətyönümlü QHT-lər işgəncə faktlarından ümumiyyətlə danışmır. Halbuki onlar hökumətdən və xatrici donrorlardan külli miqdarda qrantlar alır”, hüquq müdafiəçisi Elşən Həsənov deyib.

Səidə Qocamanlı: "QHT-lərin problemi həll edilməlidir"

Hüquq müdafiəçiləri hökumətin vətəndaş cəmiyyəti ilə dialoqunun vacibliyini önə çəkib.

“2013-cü ildən sonra QHT-lərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər edilib, QHT sektoru çökdürülüb. QHT-lər regionlarda maarifləndirmə işləri aparırdı, regionalar gedirdi. Gərək hökumət başa düşsün, QHT sektorunun problemini həll etsin”, Səidə Qocamanlı qeyd edib.

Şəhla İsmayıl: "Nə qədər ki, vətəndaş cəmiyyəti, azad media zəifdir problemlər həllini tapmayacaq"

Çıxışlarda QHT sektorunun böhranının davam etməsinin ölkədə problemin daha da dərinləşməsinə təkan verdiyi vurğulanıb.

“2013-cü ildə 4000-dən çox QHT fəaliyyət göstərirdisə, indi onların yalnız 10 faizi qalıb. 50-dən çox beynəlxalq QHT Azərbaycanda fəaliyyətini dayandırıb. Nə qədər ki, vətəndaş cəmiyyəti, azad media zəifdir problemlər həllini tapmayacaq”, hüquq müdafiəçisi Şəhla İsmayıl qeyd edib.

Arzu Abdullayeva: Bunların arxasında kimlər durur? [Video]

Arzu Abdullayeva: Problemlər eşidilməlidir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Hüquq müdafiəçisi, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Aytəkin İmranova, Elçin Məmməd və digərləri Gəncə hadislərinin səbəblərinin və nəticələrinin dərindən araşdırılıb hüquqi qiymət verilməsinə diqqət çəkib.

“Gəncədə etiraz aksiyası elan edildiyi halda polis hansı səbəbdən hadisə yerinə sialhsız gedib? Niyə qabaqlayıcı tədbirl'r görülməyib? Niyə məhz yüksək rütbəli polis zabitləri öldürülüb? Niyə sui-qəsdçilər hadisə yerindən qaça bilib? Bunların arxasında kimlər durur? Bütün bunlar araşdırılmalıdır”, hüquq müdafiəçisi Arzu Abdullayeva qeyd edib.

Hilal Məmmədov: "Dialoq lazımdır" [Video]

Hilal Məmmədov: Siyasi məhbuslar azad edilməlidir
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Keçmiç siyasi məhbus Hilal Məmmədov siyasi məhbuların azad edilməsinin və dialoqun vacibliyini bildirib.

Prezidentə müraciət

"Ədalət naminə həmrəylik" komitəsinin üzvləri bu gün prezident İlham Əliyevə müraciət də qəbul edib.

Müraciətdə ölkədə baş verən son hadisələrlə bağlı narahatlıq ifadə olunub.

Müəlliflər Mingəçevirdə "enerji böhranının" ardınca Gəncə hadisələrinin baş verməsi ilə bağlı narahatlıqlarını bildirirlər.

"İşıq böhranı" göstərib ki, Mingəçevirdə uzun illər enerji sisteminə sərmayə qoyulmayıb, stansiya köhnə texnika ilə çalışıb. Ümumiyyətlə isə, energetika sektoruna qoyulmuş 7-9 milyard dollar heç bir nəticə verməyib.

Blekaut zamanı son illər tikilmiş elektrik stansiyaları işləməyib və alternatif enerji mənbələri işə düşməyib”.

Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır.

Mingəçevirdə "işıq böhranından" dərhal sonra Gəncə hadisələri narahatlıq doğurur. Əhalinin Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevin güllələnməsinə reaksiyası ölkə əyalətinin idarə olunmasında ciddi problemlər olduğunu göstərir.

“Əhaliyə vaxtında məlumat verilməməsi, Səfərovun işgəncə əlamətləri olan fotosunun yayılması, deputatların və yüksək vəzifəli məmurların bəyanatları əsassız və narahatlıq doğuran şaiyələrə əsas verib”.

Sənəddə Gəncə icra başçısına sui-qəsd qətiyyətlə pislənir, silah tətbiqi qəbuledilməz hesab edilir.

“Ədalər Naminə Həmrəylik” Komitəsinin məbuat konfransı
“Ədalər Naminə Həmrəylik” Komitəsinin məbuat konfransı

“Bununla belə Vəliyevin nalayiq davranışı haqqında çoxsaylı nəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır. Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmir. Buna son qoyulmalıdır, hakimiyyət xalqa güzəştə getməlidir”.

Azərbaycan üçün fəlakətə çevrilmiş siyasi məhbus problemi birdəfəlik həll edilməlidir və xalqa etibar olunmalıdır.

Sənəddə İlham Əliyev dəfələrlə xalqın xidmətçisi olduğunu və rayon və şəhər icra başçılarını xalqa xidmət etməyə çağırdığı xatırladılır. Müşavirələrdən birində İlham Əliyev Gəncə icra başçısına "özünü yığışdırması" mesajını verib.

"Görünür, məmurlar bu və ya digər formada Sizin də tövsiyələrinizi qulaqardına vurublar. Onlar Sizin xəbərdarlıqlarınızdan vaxtında və ciddi nəticələr çıxarsaydılar, bəlkə də yaşadığımız bu üzüntülü hadisələr də olmazdı".

Dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır.

Hüquq müdafiəçiləri həmçinin 15 iyul mitinq çağırışlarından sonra Sumqayıtda kütləvi həbslər və Gəncə hadisələri zamanı həbs edilmiş şəxslərin işgəncələrə məruz qalması haqqında məlumatlarla bağlı narahatdırlar.

Həmçinin, müstəqil mediaya və bəzi saytlara qarşı münasibət də narahatlıq doğurur.

“Mingəçevir və Gəncə hadisələri təkcə jurnalistləri deyil, təcrübəli məmurları da çaş-baş qoydu. Belə olan halda, bütün məsuliyyəti azad medianın və sosial şəbəkələrin üzərinə atmaq olmaz.

Artıq onlarla jurnalist Baş Prokurorluğa çağırılıb, bir neçə sayt bloklanıb, jurnalistlərə qarşı cinayət işləri açılıb. Onlarla vətəndaş sosial şəbəkələrdə paylaşımlarına görə təzyiqə, təqibə, həbsə məruz qalıb. Dövlət vətəndaşları, jurnalistləri, gənc fəalları təqib etməli və cəzalandırmalı deyil, sosial narazılığın səbəblərini araşdırmalıdır”, sənəddə qeyd edilir.

Qeyd

Rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir və qərəzli adlandlrır. Rəsmilər ölkədə bütün fundamental hüquq və azadlıqların təmin edildiyini, siyasi məhbusların olamdığını bildirir. Yüksək vəzifəli rəsmilər vətəndaşların hüquq qarşısında bərabər olduğunu, insanların yalnız əməllərinə görə cavab verdiyini, fikir, söz, media, toplaşmaq azadlığının təmin edildiyini bəyan edir. Repressiyalar, kütləvi həbslər, işgəncələrlə bağlı deyilənləri isə qərəzli saytırlar.

Həmçinin, hüquq mühafizə orqanları və hökumət rəsmiləri mətbuat konfransında səslənən fikirlər və xaricdə yaşayan soydaşlara qarşı cinayət işləri ilə bağlı hələ fikir bildirməyib. Ancaq, bir neçə gün öncə xaricdə yaşayan bəzi şəxslərlə bağlı cinayət işi qaldırıldığı və barələrində axtarış elan edilməsi barədə hüquq mühafizə orqanlarının birgə məlumatında fikirlər yer alıb. Məlumatlarda konkret adlar çəkilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG