"Miniatür sənəti" UNESCO siyahısında
Miniatür sənəti müsəlman Şərqi xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biridir. Şərq poeziyası klassiklərinin, xüsusilə Nizami Gəncəvinin əsərləri rəssamlar üçün tükənməz ilham qaynağı olub. Azərbaycan miniatur sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb inkişaf yolu keçib. XV əsrdə Təbriz məktəbinin təsiri altında miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də inkişaf edib. Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. O, 20 ildir ki, rəssam kimi fəaliyyət göstərir. “Miniatür sənəti” 2020-ci ilin dekabrında UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Bu barədə qurumun Hökumətlərarası Komitəsinin 15-ci iclasında qərar verilib. Çoxmillətli nominasiya sənədində göstərilir ki, “Miniatür sənəti” bu 4 dövlətin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsidir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir. Pəri Miniatür deyir ki, Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Episodes
-
Oktyabr 07, 2024
“Fikirləşirdim ki, öz məkanım olanda menyuya qoğal daxil edəcəm”
-
Oktyabr 06, 2024
Gürcüstanın paytaxtında “Tbilisoba” bayramı
-
Oktyabr 06, 2024
"Qadının azadlığı təhsildən başlayır"
-
Oktyabr 05, 2024
Bakıda VII Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilir