Accessibility links

`Minimum əmək haqqı 250 manat olan ölkədə 100 manat cərimənin məntiqi yoxdur` - karantin cərimələrinə münasibətlər


Karantin
Karantin

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Martın 24-dən etibarən xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. İnsanlar yalnız xüsusi icazə ilə evlərindən çıxa bilər. Qaydaları pozan şəxlərə qarşı cərimələr və cinayət məsuliyyəti tətbiq edilir. Hər gün minlərlə insan cərimələnir, həbs olunanlar da var.

Karantin
Karantin
Azərbaycan hakimiyyətinin pandemiya ilə bağlı siyasəti yalnız vətəndaşlara qoyulan qadağalardan, bu vəziyyətdə də əhalini soymaqdan ibarətdir
Arif Hacılı


Daxili İşlər Nazirliyinin məlumatlarına görə, son bir neçə gündə on mindən çox insan karantin rejimini pozduqları üçün inzibati məsuliyyətə cəlb olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsin deyib ki, bu halda cəza tətbiqi konstitusiyaya ziddir

“Azərbaycan hakimiyyətinin pandemiya ilə bağlı siyasəti yalnız vətəndaşlara qoyulan qadağalardan, bu vəziyyətdə də əhalini soymaqdan ibarətdir.

Arif Hacılı
Arif Hacılı

Fövqəladə vəziyyət, komendant saatı elan olunmadan vətəndaşların evdən çıxmasına qadağa qoymaq, buna görə cəza tədbiq etmək konstitusiyaya ziddir. Cərimələr qanunsuzdur, əlbəttə ki, məhkəmə çəkişməsi üçün əsas ola bilər.”

D18 Hərəkatının rəhbəri Ruslan İzzətli hesab edir ki, bu cərimələrin hüquqi əsası yoxdur.

“Öncə qeyd edim ki, Ana Yasanın (konstitusiya) 28-ci maddəsinə görə hər kəsin sərbəst hərəkər etmək hüququ var. Bu hüququ yalnız Ana Yasanın 112 maddəsilə yəni fövqəladə vəziyyət elan edərək məhdudlaşdıra bilərlər. Amma hökümət fövqəladə vəziyyət elan etmir, çünki fövqəladə vəziyyət zamanı üzərinə düşən iqtisadi öhdəliklərdən qaçır. Cərmənin hüquqi əsası yoxdur. İkinci, minimum əmək haqqı 250 manat olan ölkədə 100 manat cərimənin də məntiqi yoxdur.”

Ruslan İzzətli deyir ki, özü də cərimələnib və bununla bağlı məhkəməyə müraciət edəcək.

Ruslan İzzətli
Ruslan İzzətli

“Özüm də cərmə olunmuşam bununla bağlı məhkəməyə müraciət edəcəm. İkinci vətəndaşın sosial problemlərinin həlli üçün yardım edilməlidir ki, vətəndaş evdə qalıb virusdan qorunsun. Vətəndaş kommunal ödənişlərini, kreditlərini, günlük qida tələbatını ödəməlidir. Amma dövlət də yardım etmir. Vətəndaş evdə necə qalsın?!”

İqtisaçı ekspert Azər Mehdiyev isə bildirib ki, bu cərimələr ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir, digər tərəfdən isə belə zamanlarda cərimələrdən bir alət kimi geniş istifadə olunur.

Azər Mehdiyev
Azər Mehdiyev

“Əslində bu mövzu göründüyü qədər sadə deyil. Bir tərəfdən, həqiqətən ciddi şəkildə nizam yaradılmasına, əhalinin yersiz küçələrə çıxmasının qarşısını almağa ehtiyac var. Çünki əvvəlki həftələrin təcrübəsi göstərir ki, insanlar qaydalara əməl etməyə yetərincə meylli deyillər.

Cərimələr qaydasız və qanuni əsas olmadan tətbiq olunur, görünən budur ki, proses nizam yaratmaqdan çox, insanları incitməyə və daha çox cərimə yazılmasına yönəlib.
Azər Mehdiyev, iqtisadçı ekspert

Bu, daha ciddi tədbirlərin həyata keçirilməsini zəruri edir. Adətən belə zamanlarda cərimələrdən bir alət kimi geniş istifadə olunur. Həm də cərimənin effektli olması və insanların ona əməl etmələri üçün ciddi təsirə malik olması şərtdir, yəni məbləği kifayət qədər yüksək olmalıdır. Bu halda cərimənin məbləğinin şəxsin onu ödəmək imkanına malik olub-olmaması ilə yox, məhz onu bu qaydaları pozmaqdan çəkindirməyə hesablanır. Digər tərəfdən isə, bu işlərin təşkili məsələsi var. Bu işlər nə dərəcədə qanuni əsaslara söykənir, həm də insanları incitməyə, daha çox cərimə yazılmasınamı, yoxsa məhz nizamın yaradlmasınamı xidmət etməsinə baxmaq vacibdir.

Təəssüf ki, bizdə bu cərimələrin özü qaydasız və qanuni əsas olmadan tətbiq olunur, görünən budur ki, proses nizam yaratmaqdan çox, insanları incitməyə və daha çox cərimə yazılmasına yönəlib.

Bu da ona görə belə baş verir ki, sistem hər zaman bu sonuncuya yönəlik işləyib, yalnız ona alışıb.

Hüquqi tərəfini şərh etməkdə çətinlik çəkirəm, amma artıq hüquqşünasların verdiyi şərhlərə əsasən, bu cərimələr bəhsləndirilə bilər. Çünki bunların qanini əsası yoxdur.”

Hüquqşünas Xalid Ağaliyev cərimələrin tətbiq olunma mexanizmləri ilə bağlı Avropa ölkələrindəki təcrübələrdən danışıb.

Xalid Ağaliyev
Xalid Ağaliyev

“2016-cı ildə Azərbaycanda inzibati qanunvericilik dəyişdirildi. Yenilənmiş qanunvericiliyin müəyyən etdiyi cərimələrin əksəriyyətinin məbləği olduqca yüksək görünür. Yüksək cərimə məblələri adətən Avropa ölkələrinin təcrübəsi ilə müqayisə edilir, əsaslandırılır. Ancaq tamamailə qüsurludur, müqayisə edilən ölkələrin təcrübəsində insanların əmək haqları bizdəkindən bəzi hallarda 10-15 dəfə yüksəkdir. Cərimələrlə bağlı ola bilsin ki, xeyli məhkəmə mübahisələri olsun. Çünki, mediadan, sosial şəbəkələrdən cərimələnmənin məzmunu ilə bağlı əldə etdiyimiz bilgilərə əsaslansaq, həmin cərimələmələr ciddi dərəcədə mübahisəlidir,” o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG