Accessibility links

“Minimum əmək haqqının artırılması xərcləri də artıracaq”- ekspertlərin şərhi


Manat
Manat

Prezident İlham Əliyev fevralın 8-də minimum əmək haqqının martın 1-dən 130 manatdan 180 manata qaldırılması barədə sərəncam imzalayıb. Ekspertlər sərəncamı müsbət qarşılasa da fəsadlarının olacağını da bildirir. İqtisadçı ekspertlər Qubad İbadoğlu və Natiq Cəfərlinin fikirlərini təqdim edirik.

Qubad İbadoğlu: "Minimum aylıq əmək haqqı ABŞ-da 10 saatlıq ödənişə bərabər olacaq"

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Minimum aylıq əmək haqqı yalnız gəlirləri deyil, xərcləri də artırır”. İqtisad elmləri doktoru Qubad İbadoğlu bu sözlərlə prezident İlham Əliyevin aylıq minimum əmək haqqının 180 manata qaldırlması ilə bağlı sərəncamına münasibət bildirib.

İbadoğlu hesab edir ki, martın 1-dən işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, pay torpağı olanların sosial sığorta ödəmələri də artacaq.

“Minimum aylıq əmək haqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Əmək haqqı və pensiyaların artırılması istənilən halda təqdir olunur. Baxmayaraq ki, Azərbaycanda minimum aylıq əmək haqqı artandan sonra ABŞ-da 10 saatlıq ödənişə bərabər olacaq. Amma əsas diqqəti buna yox, minimum əmək haqqının artımının ikili təsirlərinə yönəltmək istərdim. Belə ki, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı bir tərəfdən maaşları 180 manatdan aşağı olan muzdlu işçilərə (əgər işdə qalarlarsa) ödənişlər minimum əmək haqqının yeni səviyyəsinə qaldırılacaq. Çünki, minimum əmək haqqının əsas funksiyası xüsusilə də ixtisassız işçiləri əsassız olan aşağı əmək haqqı ödənişlərindən qorumaq üçündür.”

Martın 1-dən işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, pay torpağı olanların sosial sığorta ödəmələri də artacaq.
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

Eksperin fikrincə, minimum aylıq əmək haqqının məbləğinin martın 1-dən etibarən artımı digər tərəfdən də işçisi olmayan fərdi sahibkarların, eləcə də kəndli təsərrüfatlarının, torpaq mülkiyyətçilərinin sosial sığorta ödəmələrini yüksəldəcək.

“Məsələn, Bakıda tikinti və ticarət sektorunda VOEN-lə fəaliyyət göstərən işçisi olmayan fərdi sahibkarlar sosial müdafiə fonduna martın 1-dək minimum əmək haqqının 50 faizi qədər - 65 manat, martın 1-dən 90 manat ödəməli olacaq. Gəncə və Sumqayıtda isə martın 1-dək 58,5 manat, martın 1-dən sonra isə 81 manat olacaq. Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də minimum əmək haqqının 6 faizi qədər sosial sığorta haqqı ödəməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatının üzvlərinin hər biri martın 1-dək 7,8 manat, martın 1-dən sonra sonra isə 10,8 manat ödəməli olacaqlar,” iqtisad elmləri doktoru facebook səhifəsində bildirib.

Natiq Cəfərli: "Azərbaycan 100 dollardan az minimum əmək haqqı olan ölkələrin siyahasından çıxacaq"

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli yazır ki, prezident fərmanla minimum əmək haqqını 130 manatdan 180 manata qaldırdı, artım az qala 40% təşkil edir. Təbii ki, müsbət addımdır, amma bəzi başqa nüanslar var.

“Minimum əmək haqqının, əslində işə görünlər üçün də, işçilər üçün də ciddi əhəmiyyəti yox idi (bəzi hesablamalara təsir edirdi). Yeganə olaraq biznes rəsmi müqavilədə minimum əmək haqqından az maaş göstərə bilməzdi, zatən ölkədə heç kim özəl sektorda aylıq 130 manata çalışmırdı. "Qara maaş" çox olurdu, sadəcə rəsmiləşdirəndə 130 manat civarında müqavilə bağlayırdılar. Dövlət sektorunda isə bütün müqavilələr rəsmi idi və maaşlar 130 manatdan çox idi, indi 180 manatdan çox olacaq, yəni bunun dövlət sektorunda çalışanlara daha çox xeyri dəyəcək,” o qeyd edib.

Əslində DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, yeyib-bitirdilərf fondu, buna imkan olmadı. Prezidentin bu gün verdiyi fərman fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək.
Natiq Cəfərli, iqtisadçı

Ekspert sual edir, `bəs əsas nüans nədir?`

“Məncə məsələyə bir az dərindən baxmaq lazımdır, Vergi Məcəlləsinə və İcbari Sosial Müdafiə ödənişləri qaydalarına edilən yeni dəyişikliklərə görə VÖEN-lə, və ya xidməti müqavilə ilə çalışanlar, fərdi sahibkarlar Dövlət Sosial Müdafiə Fondunna (DSMF) minimum əmək haqqının 20%-dən 50%-ə qədər (fəaliyyət növünə və yaşayış yerinə görə, formula uyğun) ödəməlidirlər. Minimum əmək haqqının ciddi artırılması yaxşı xəbər olsa da, DSMF-yə ödənişləri də artıracaq. Əslində DSMF çoxdan özünümaliyyələşməyə keçməli idi, yeyib-bitirdilərf fondu, buna imkan olmadı. Prezidentin bu gün verdiyi fərman fonda əlavə vəsait cəlb olunmasına səbəb olacaq, amma kiçik biznesin üzərinə də əlavə yük gətirəcək.Qərarın daha bir əhəmiyyəti odur ki, başqa ölkələrlə müqaisəli statistikada vəziyyətimiz bir az yaxşılaşacaq, daha 100 dollardan az minimum əmək haqqı olan ölkələrin siyahasından çıxacağıq,” ekspert facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG