Accessibility links

Minimum əməkhaqqı 250 manat olacaq


Manat
Manat

İyunun 18-də prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat (147 dollar) olacaq.

Hazırda minimum aylıq əməkhaqqının məbləği 180 manatdır (105 dollar).

Minimum əməkhaqqının artırılması ilə yanaşı fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna icbari ödənişləri də artacaq. Bu, ayda indiki 36 manatdan (21 dollar) 50 manatadək (30 dollar) artacaq.

Beləliklə, sözügedən kateqoriya üçün Dövlət Sosial Müdafiə Fonduna ödəmələr ilin əvvəlindən təxminən iki dəfə artacaq.

Yanvar-fevral aylarında minimum əməkhaqqı 130 manat təşkil edib (76 dollar), Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin həcmi isə 26 manat (15 dollar) olub.

Həmin kateqoriyadan olanların çoxu 2019-cu il yanvarın 1-dən sadələşdirilmiş vergiödəyicisi qrupundan çıxarılıb və fiziki şəxslərin gəlirlərindən vergi ödəməyə başlayıb ki, bunun da məbləği çoxdur.

Həmçinin dövlət başçısı dövlət büdcəsindən maliyyələşdirilən çoxsaylı qurumların işçilərinin əmək haqlarının 40 faiz artırılması barədə sərəncam imzalayıb.

Əsasən Azərbaycan Milli Elmlər Akadmeiyası Rəyasət Heyəti və aparatının; Heydər Əliyev Mərkəzinin; Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin; Azərbaycanda Atatürk Mərkəzinin; Azərbaycanın dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivlərinin; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun; Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun; Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun; Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin; Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun; Penitensiar xidmət və Tibb baş idarəsinin; Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin; Dövlət Sərhəd Xidmətinin; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin; Daxili İşlər Nazirliyinin; Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının; Hərbi qulluqçuların aylıq pul təminatı; Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının; Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və digər qurumların işçilərinin əmək haqlarının artırılması nəzərdə tutulur.

Bundan əlavə, dövlət büdcəsindən maliyyələşən dövlət müəssisələrinin dövlət qulluqçusu olmayan işçilərinin əməkhaqqı 40 faiz artırılıb.

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əmək haqqı sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

Prezidentin sərəncamı ilə Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib: Sədr – 3060 manat; Sədrin müavini – 2845 manat; Katib – 2110 manat; Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG