Accessibility links

Gürcüstanda minlərlə insan müxalifət liderinin həbsinə etiraz olaraq küçələrə axışıb


Fevralın 26-da minlərlə gürcü müxalifət partiyasının qərargahına basqın edilərək, partiya liderinin həbs olunmasına etiraz olaraq paytaxt Tbilisidə küçələrə axışıb.

Gürcüstan və NATO bayraqlarını dalğalandıran, şüarlar yazılmış plakatlar qaldıran etirazçılar siyasi məhbuslara azadlıq və parlamentin növbədənkənar seçkilərə getməsi üçün buraxılması tələbi ilə Tbilisidəki parlament binasının qarşısında toplaşıb.

Paytaxtdan 300 kilometr uzaqda yerləşən Zuqdidi şəhərindən gələn mitinq iştirakçısı AzadlıqRadiosuna "Tələblərimiz yerinə yetirilənə qədər buranı tərk etməyəcəyik" deyib.

Etirazlar 23 fevral tarixində polisin müxalif Birləşmiş Milli Hərəkatın Tbilisidəki qərargahında basqın edərək, hərəkat lideri Nika Melia və bir neçə fəalı həbs etməsindən sonra başlayıb.

Basqın zamanı polisin partiyanın qərərgahına göz yaşardıcı qaza bənzər kimyəvi maddə püskürtməsi bir neçə nəfərin xəsarət almasına səbəb olub.

Polis Meliyanı 2019-cu ilin yayında hökumət əleyhinə nümayişlərdə şiddəti təhrik etməkdə günahlandırır. Melia isə ona qarşı irəli sürülən ittihamları rədd edərək, onların siyasi motivli olduğunu deyir.

ABŞ-ın hər iki partiyasını təmsil edən bir qrup qanunverici həmin gün açıqlama yayaraq, Tbilisidə müxalifət partiyasının ofisinə basqının "dərin narahatlıq” doğurduğunu bildiriblər və Gürcüstan rəsmilərindən Melia və digər fəalları sərbəst buraxmalarını tələb ediblər.

26 fevral aksiyasının iştirakçıları "Nika Melianı azad et!" və "Məhkumlara Azadlıq" yazılmış plakatlar qaldırıb.

Birləşmiş Milli Hərəkatın liderlərindən biri olan Xatiya Dekanoidze kütlə qarşısında çıxışı zamanı tərəfdarlarını mübarizəyə davam etməyə çağıran Melianın məktubunu oxuyub.

Dekanoidze həmçinin 2 və 5 mart tarixlərində növbəti mitinqlərə çağırış edib. Etrazalar zamanı həbs və zorakılıqlar barədə məlumat verilməyib.

XS
SM
MD
LG