Accessibility links

Minlərlə insan Boris Consona qarşı etiraz edir


Britaniya və Şimali İrlandiya boyu minlərlə insan şənbə günü baş nazir Boris Consonun ölkənin Avropa İttifaqını tərk etməsi üçün təyin olunan son möhlət tarixindən öncə parlamentin işini bir ay təxirə salmaq qərarına qarşı etiraz edib.

Conson ittifaqla gələcək əlaqələr üzərində razılıq əldə olunsa da olunmasa da Britaniyanı oktyabrın 31-də Avropa İttifaqından çıxarmağa söz verib.

Təxminən 2 min insan onun Downing küçəsindəki ofisinin önündə toplaşaraq “ Yalançı Conson, ayıb olsun” şüarları səsləndirib.

Hökümət bildirir ki, yeni baş nazir Kraliçanın çıxışında öz siyasətini açıqlamadan öncə parlamentin təxirə salınması adi haldır. Kraliçanın çıxışı 14 oktyabra təyin olunub. Onun tərəfdarları da bildirir ki, parlamentin işi adətən sentyabrın sonunda, əsas siyasi partiyalar illik konfranslarını keçirən zaman dayandırılır.

Boris Conson
Boris Conson

Lakin tənqidçilər deyir ki, parlamentdə bu dəfəki fasilə görülməmiş dərəcədə uzundur. Onlar bu addımı Britaniya Aİ-nı tərk etmədən öncə qanunvericilərə müzakirə aparmaq üçün ayırılan vaxtı azaltmaq cəhdi kimi dəyərləndirir.

Müxalif qanunvericilər çərşənbə axşamı yay tətilindən dönəndən sonra parlamentin işinin dayandırılmasının qarşını almaq və razılıqsız Brexitin baş tutmasının qarşısını alacaq qanun layihəsini təsdiq etmək istəyir.

Etirazçılar Londonla yanaşı İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət Birləşmiş Krallığın digər şəhərlərində də etirazlar planlaşdırılıb.

Şimali İrlandiyanın paytaxtı Belfastda şəhər bələdiyyəsinin önündə təxminən 100 nəfər etiraz edib. Şimali İrlandiya Brexit danışıqlarında xüsusi yer alıb, çünki Birləşmiş Krallığın Avropa İttifaqı ilə yeganə torpaq sərhədi Şimali İrlandiyadadır.

XS
SM
MD
LG