Accessibility links

Minlərlə qadın dördüncü Qadınlar Marşında iştirak edir


İnsanlar üçüncü Qadınların Marşında iştirak edir. 19 yanvar 2019.

Birləşmiş Ştatların bir neçə şəhərində minlərlə qadın dördüncü illik Qadınların Marşında iştirak etməyi planlaşdırır. Onlar bir neçə məsələni, o cümlədən gender bərabərliyi və qadınların insan haqlarını təbliğ etmək istəyir.

Onlarla şəhərdə yürüşlərin keçiriləcəyi gözlənilir. Onlar arasında Vaşinqton şəhəri də var ki, 2017-ci ildə orada prezident Tramp vəzifəsinin icrasına başlayandan bir gün sonra keçirilən ilk Qadınların Marşında yüz minlərlə insan iştirak etmişdi.

Üç il öncə başlayan yürüşün siyasi mesajı var. Belə ki, bir çox etirazçı qadınların anti-Tramp düşüncələrinin simvoluna çevrilən toxuma çəhrayı papaqlar taxır.

2020-ci ildə prezidentliyə bir neçə demokrat namizəd bu il ölkə boyu Qadınlar Marşında iştirak etməyi planlaşdırır. İndiana ştatının South Bend şəhərinin sabiq meri Pit Buticec Nevadada keçirilən yürüşdə iştirak edəcək, sabiq Massaçusets ştatının sabiq qubernatoru Deval Patrik isə Cənubi Karolinadakı yürüşdə iştirak etməyi planlaşdırır. Senator Maykl Bennet və biznesmen Endrü Yanq da müvafiq olaraq Nyu Hempşir və Ayovadakı Qadınların Yürüşü tədbirlərində iştirak edəcək.

Qadınların Marşı ilk gündən bəri mübahisələrə qarışıb. Yürüşün liderləri anti-Semitizm ittihamları ilə üzləşib. Təşkilatçılar dəfələrlə bu iddiaları rədd edib. Təşkilatın ilk dörd sədrindən üçü qrupu tərk edib və təşkilar üç yəhudi qadının da daxil olduğu yeni idarə heyəti təyin edib.

Qadınların Yürüşünün hazırkı prezidenti İsa Noyola bu ilki yürüşdən öncə yaydığı bəyanatında deyib ki, bu, 2020-ci il seçkisindən öncəki son yürüş olacaq.

“2020-ci ildə biz üç il öncə başlatdığımız işi sona çatdırmalı və Trampı vəzifədən kənarlaşdırmalıyıq,” o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada daşqın ərazilərində xilasetmə işləri davam edir
please wait

No media source currently available

0:00 0:11:24 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG