Accessibility links

Minnesota ştat hökuməti Minneapolisdə iğtişaşları dayandırmaq üçün qvardiyanı səfərbər edir


Minneapolis meri Ceykob Frey bazar ertəsi Afrikalı-Amerikalı kişinin polis tərəfindən ödürülməsindən sonra şəhərdə baş qalıdıran nümayişlər səbəbi ilə fövqəladə vəziyyət elan edib. Şəhərdə bir polis bölməsi də daxil olmaqla bir neçə bina yandırılıb.

Minnesota ştat qubernatoru Tim Valtz vüsət almaqda olan zorakılıqların qarşısnı almaq üçün Milli Qvardiyanı köməyə çağırıb.

Qvardiya cavab olaraq 500 əsgərin hazır vəziyyətə gətirildiyini və onların cümə axşamı Minneapolis, St. Paul və ətraf ərazilərdə yerləşdirildiyini bildirib.

Minneapolisin "Star Tribune" qəzetinin müxbiri cümə günü zirehli maşınların səhər saatlarında şəhərin mərkəzinə doğru hərəkət etdiyini xəbər verir.

Qubernator Tim Valtz cümə günü bildirb ki, şəhərdə "çoxlu kədər və qəzəb hissi" olsa da "cəmiyyətimiz üçün vacib əhəmiyyət kəsb edən əmlaka zərər vurulması və yağmalanması yolverilməzdir."

Cümə axşamı yüzlərlə etirazçı dinc yürüş keçirdikdən sonra Minneapolis polis binası tamamilə yandırılıb.

Ərazidə olan müxbirlər polislərin orada olmadığını və onların hara getiklərindən əmin olmadıqlarını bildirb. Twitterdəki yazılardan polisin bölməni tərk etdiyi əyan olur.

Yanğınsöndürənlər ərazidə olmayıb. Bununla yanaşı şəhərin qaz xətlərinin kəsildiyi də bildirilir. Belə bir halın binalarda partlayışlara səbəb ola biləcəyi deyilir.

Minneapolisə qonşu St.Paul şəhər polisinin cümə axşamı yazdığıtweetdə şəhərdə 170-dən çox obyektə ziyan vurluduğu və talan edildiyi bildirilir. Onlarla müxtəlif yerdə yanğın olsa da, xəsarət alanların olmadığı xəbər verilir.

Qaradərili Corc Floydun ağdərili polis tərəfindən həbs edildiyi zaman boynuna dizini qoyması nəticəsində boğularaq ölməsindən sonra şəhər əhalisi qəzəblənib.

CNN xəbər verir ki, bundan əvvəl Minneapolis Polis Departamentinin Daxili İşlər İdarəsinə həmin polis zabitinə qarşı 18 fərqli şikayət daxil olub.

Etirazçılar yanan 3-cü polis məntəqəsinin qarşısında aksiya keçirir. Əldə tutulan şüarda "Nəfəs ala bilmirəm" yazılıb. 28 may, 2020. Minneapolis, Minnesota ştatı, ABŞ.
Etirazçılar yanan 3-cü polis məntəqəsinin qarşısında aksiya keçirir. Əldə tutulan şüarda "Nəfəs ala bilmirəm" yazılıb. 28 may, 2020. Minneapolis, Minnesota ştatı, ABŞ.

Floyd yaxınlıqdakı dükanda saxta $20 dollarlıq əskinasdan istifadə etməkdə şübhəli bilinərək saxlanılarkən polis onun müqavimət göstərdiyini bildirmişdi.

Ətrafdakı şahidlər Floydun tutulan zaman saxlandığını mobil telefonla videoya çəkiblər.

Həmin videoda Floyd boynuna dizini qoymuş polis zabitinə nəfəs ala bilmədyini deyir.

"Lütfən, lütfən, lütfən, mən nəfəs ala bilmirəm," deyə Floyd zabitə dəfələrlə yalvarıb.

Etirazlarda səsləndirilən əsas şüar "Nəfəs ala bilmirəm"-dir.

XS
SM
MD
LG